Azərbaycanda şəkər tozunun qiyməti niyə qalxıb? (RƏYLƏR)

Azərbaycanda şəkər tozunun qiyməti niyə qalxıb? (RƏYLƏR)


"Azərbaycan özünü şəkər tozu ilə təmin edə bilmir”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov Azərbaycanda şəkər tozunun 1 kiloqramının 1 manat 40 qəpiyə satılmasından danışarkən deyib. O bildirib ki, Azərbaycan şəkər tozunu həm Rusiyadan, həm də Braziliyadan idxal edir:
"Düşünürəm ki, həmin ölkələrdə də şəkər tozunun qiymətində artım var. Azərbaycan idxaldan asılı vəziyyətdədir. Ölkədə çoz az həcmdə şəkər istehsal olunur. O da qiymətə təsir edəcək səviyyədə deyil”.
Kənd təsərrüfat məhsulları üzrə ekspert Qadir Bayramlının fikirincə də şəkərin qiymətinin qalxmasının əsas səbəbi respublikada şəkər istehsalının lazımı səviyyədə olmamasıdır:
"Ölkəyə istehlak edilən şəkər tozunun müəyyən hissəsinin xaricdən idxal edilməsidir. İmişlidə bir şəkər zavodumuz var, o da ölkə təlabatını ödəmir. Ona görə bunun çıxış yolu Azərbaycanda şəkər çuğunduru sahələrini genişləndirmək, istehsalı artırmaq və öz daxili imkanlarımız hesabına şəkər istehsal etmək lazımdır. Bunun üçün həm iqlim, həm də torpaq şəraiti yetərlidir. İkinci bir şəkər zavodunun tikilməsinin imkanları araşdırılmalıdır. Biz artıq kənd təsərrüfatında prioritet sahələri müəyyən eləmişik. Düşünürəm ki, bu sahələrin içərisində şəkər çuğunduru plantasiyalarının genişləndilməsi də olmalıdır. Çalışmaq lazımdır ki, ölkəyə idxal edilən məhsulların həcmi azalsın”.
Tarix: 31-03-2022, 17:25
Xəbəri paylaş





Xəbər lenti