Bu şirkət 2 ilə “AzerGold”dan 170 milyonluq tender udub


“AzerGold” QSC-nin törəmə şirkəti olan “Daşkəsən Dəmir Filiz” MMC tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi "Azeri Mining Group” MMC (VÖEN- 1005352921) olub.
Yeniavaz.com
xəbər verir ki, "Azeri Mining Group” MMC “AzerGold” QSC-nin sifarişi ilə “Cənub-şərq dəmir filizi mədənində üstaçma, partlayış və süxur daşıma işlərini” həyata keçirəcək. 
Qeyd olunan işlər üçün “AzerGold” QSC "Azeri Mining Group” MMC -yə 118 milyon 948 min 92 manat 48 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “Azeri Mining Group” MMC – 25.05.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. 119 milyon manatlıq tenderin qalibi olan MMC Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani, ev 24, m. 55 ünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı 10 min manat olan MMC-nin qanuni təmsilçisi Cəlilov İsrafil Ziyatxan oğludur. 
Onu da qeyd edək ki, ötən il “AzerGold” QSCnin “Ağyoxuş və Mərəh qızıl filizi mədənlərində mədən partlatma və Çovdar Filiz Emalı sahəsinə süxur daşıma işlərinin satın alınması” üzrə keçirdiyi tenderin də qalibi "Azeri Mining Group" MMC olub və 49 milyon 26 min 640 manatlıq müqavilə imzalayıb.
Tarix: 8-04-2022, 17:19
Xəbəri paylaş





Xəbər lenti