Nazirlik “OBA Market”i cərimələdi - Məhsulu üzərində göstərilən qiymətdən baha satıb

bitmap-img6

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkənin aparıcı pərakəndə satış şəbəkələrindən birinə sahib olan “OBA Market” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən protkol tərtib edib.

AzFakt.com Xidmətdən açıqlanan məlumata istinadən xəbər verir ki, “OBA Market” MMC “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozub. Belə ki, “OBA Market” qida məhsulunu üzərində göstərilən qiymətdən baha satıb.
Məlumat üçün bildirək ki, 2016-cı ildə dövlət qeydiyyatına alınan “OBA Market” MMC-nin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə İbrahimova Natəvan Yusif qızıdır.
Qeyd edək ki, “OBA Market” “Araz” və SPAR marketləri ilə birlikdə “Veysəloğlu” MMC-yə bağlıdır. Bakı şəhəri Nizami rayonu, Keşlə ŞTQ, 2-ci eninə, ev 2 ünvanında qeydiyyatda olan “Veysəloğlu” MMC-nin nizamnamə kapitalı 8 milyon 826 min 172 manatdır. 2006-cı ilin may ayının 22-də dövlət qeydiyyatına alınan “Veysəloğlu” MMC-nin qanuni təmsilçisi Bəxtiyar Allahverdi Adil oğludur. Bəxtiyar Allahverdi eyni zamanda “Veysəloğlu” şirkətinin baş direktorudur.
 2017-ci ilin aprel ayının 5-də dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 100 manat olan “Veysəloğlu Grup” MMC-nin qanuni təmsilçisi isə Talıbov Aydın Veysəl oğludur.
Məlumat üçün bildirək ki, mətbuatda “Veysəloğlu” şirkəti və ona məxsus olan “Araz”, OBA və SPAR supermarketərinin sahibinin də məhz Aydın Talıbov olduğu bildirilir.
Onu da qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu ilin fevral  və aprel aylarında “Araz Supermarket” MMC-ni, mart ayında isə “OBA Market”i eyni qanun pozuntusuna – məhsulun üzərində göstərilən qiymətdən baha satılmasına görə cərimələyib.
Tarix: 8-07-2024, 23:23
Xəbəri paylaş





Xəbər lenti