TƏBİB yeni təcili yardım maşınları alır - 17 milyon manatlıq TENDER

TƏBİB yeni təcili yardım maşınları alır
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 80 ədəd təcili tibbi yardım avtomobili alacaq.

İqtisadiyyat.az xəbər verir ki, TƏBİB-in tabeliyindəki İnnovasiya və Təchizat Mərkəzi bununla bağlı tender elan edib.

Onlardan 60-ı sadə differensiallı (4x2) standart təcili tibbi yardım avtomobili, 20-si isə reanimobil (4x2) təcili tibbi yardım avtomobilidir.

TƏBİB təcili tibbi yardım avtomobillərin alışının 17 milyon manata başa gələcəyini proqnozlaşdırır.
Tarix: Dünən, 10:08
Xəbəri paylaş





Xəbər lenti