Rusiyalı qadın 30 il sonra azərbaycanlı atasını tapdı
Yekaterina Məmmədova adlı rusiyalı qadın 30 ildən sonra azərbaycanlı atası Şakir Məmmədovu axtarıb tapıb.
Bakupost.az xəbər verir ki, bu duyğusal dəqiqələr Rusiya telekanalının "Жди меня” sosial telelayihəsində yaşanıb.
4 ay əvvəl atasını axtaran Yekaterina verilişə müraciət edib. Aylarla çəkən axtarışların nəticəsində nəhayət qadının atası proqramın heyəti tərəfindən Qazaxstanda tapılıb.
Qızı ilə görüşmək üçün Rusiyaya gələn Şakir Məmmədov nəhayət 30 ildən sonra Yekaterina ilə studiyada görüşə bilib. Görüş zamanı Yekaterina ilə atası göz yaşlarını saxlaya bilməyiblər. Bu anlara şahidlik edən tamaşaçılar duyğu dolu anlar yaşayıblar.
Tarix: 6-07-2021, 22:41