“Mir Mövsüm Ağa” ziyarətganında qurbanlığı başqa yerdən gətirmək qadağandır
“Mir Mövsüm Ağa” ziyarətgahı Azərbaycanda insanların ən çox ziyarət etdiyi yerlərdən biridir. Yüzlərlə insan Mir Mövsüm Ağanın məzarını ziyarət edir, qurban kəsdirir, niyyətlər edir və nəzir verir. Lakin artıq bir neçə ildir ki, ziyarətgahda özbaşınalıq hökm sürür və buna da nəzarət edən qurum yoxdur. Ziyarətgaha gedən vətəndaşlar sosial şəbəkələrdə video paylaşıblar. Qeyd edilir ki, ziyarətgaha gedənlər qurbanlıq heyvan aparsalar da, ziyarətgah əməkdaşı qurbanlıqların çəkisinin az olduğu bildirərək, gətirilən heyvanların kəsilməsinə imkan verməyib.
O da qeyd edilib ki, ziyarətgahda yalnız burada saxlanılan heyvanların qurban kəsilə bilər. Təəssüf ki, ziyarətgah daxilində isə heyvanların qiyməti bahadır. /Hurriyyet.az
QEYD: Mövzunu davam etdirəcəyik.
Tarix: 13-04-2022, 17:59