Azərbaycanlılar Londonda onlarla şirkət açdı: Aralarında Eldar Mahmudovun oğlu da var - SİYAHI


Son bir ildə Böyük Britaniyanın paytaxtı London şəhərində Azərbaycan vətəndaşları və azərbaycan əsilli şəxslər tərəfindən onlarla şirkət qeydiyyatdan keçirilib. Yeniavaz.com Böyük Britaniyanın rəsmi qurumları tərəfindən açıqlanan məlumatlara istinadən bildirir ki, Londonda yeni şirkət açanların arasında tanınmış həmyerlilərimiz də var.
 
Onlardan biri sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovdur. Anar Mahmudov ötən ilin dekabr ayında “The Old Rectory Church Street, Weybridge, Surrey KT13 8DE” ünvanında yerləşən “Britannia Group Ip Holdings Limited” şirkətinin direktoru təyin olunub. Şirkət ötən ilin mart ayında təsis olunub.
 
Onu da bildirək ki, Anar Mahmudov daha əvvəl Londonda qeydiyyatda olan “Mea Capital Limited” şirkətinin direktoru olub. Bu şirkət 6 oktyabr 2020-ci il tarixində bağlanıb.
 
Londonda şirkət açan tanınmış azərbaycanlılar arasında Baş nazirin sabiq müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudov da var. Bu ilin fevral ayının 14 –də qeydiyyata alınan “Londoncapsule Limited” şirkəti  “Durweston Street, London, W1H 1PG” ünvanında yerləşir. Nicat Mahmudov eyni zamanda 2017-ci ildə təsis olunan “Abeona Global Limited” şirkətinə də rəhbərlik edir. Nicat Mahmudov həm də 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun oğludur. Nicat Mahmudov anası, yəni Abid Şərifovu qızı – Təranə Mahmudova isə hazırda Nərimanov rayonunda fəaliyyət göstərən “Optimed” Tibb Mərkəzinin direktorudur.
 
Otən bir ildə Londonda şirkət açan azərbaycanlılar arasında ən yaşlısının 52 yaşı var. Rövşən Rəsulov adlı həmyerlimiz ötən ilin oktyabr ayında “Rgand Uk Ltd” adlı şirlət təsis edib. Böyük Britaniyanın paytaxtında şirkət açan ən gənc azərbaycanlının isə 19 ayşı var. 2003-ci ildə anadan olan Vüqar Məmmədov adlı Azərbaycan vətəndaşı təxminən 2 ay əvvəl – 11 fevral 2022-ci il tarixində Londondan “Mammadovvugar Ltd” adlı şirkətini qeydiyyatdan keçirib.
 
Son bir ildə Böyük Britaniyanın paytaxtı Londonda azərbaycanlılar tərəfindən qeydiyyatdan keçirilən şirkətlərin bəzilərini təqdim edirik:
 
Şirkətin rəhbərləriDoğum tarixləriŞirkətin adıDirektor olduqları tarix
Amin BabayevAprel 2001“Amix Home Ltd”13 aprel 2022
Nicat ƏliyevYanvar 1998“Staraz Ltd”19 mart 2022
Rauf ƏliyevMart 2001“Shopton Ltd”30 sentyabr 2021
Məmməd ƏliyevOktyabr 1989“Datandata Ltd”22 oktyabr 2021
Orxan ƏliyevAprel 1990“Raor Ltd”1 noyabr 2021
Emil ƏliyevMart 1979“Evancom Ltd”18 mart 2022
Rza ƏliyevOktyabr 1988“22 Park Road Limited”29 sentyabr 2021
Rəşid ƏliyevFevral 1997“Stackt Ltd”13 may 2021
Rüstəm ƏliyevAprel 1983“Home Gems Retail Limited”2 avqust 2021
Sayad BabayevOktyabr 1983“Umbrella Holding Corporation Ltd”24 dekabr 2021
Ağarazi BabayevSentyabr 1985“Bounty Poker Tour LLP”17 avqust 2021
Səbuhi Babayevİyul 1987“SB Stoneworks Ltd”21 dekabr 2021
Oruc MahmudovAprel 1990“Shoopy Limited”11 mat 2021
Nicat MahmudovSentyabr 1991“Londoncapsule Limited”14 fevral 2022
Anar MahmudovYanvar 1984“Britannia Group Ip Holdings Limited”22 dekabr 2021
Akşin MehdiyevMart 1975“Icecreamocity Ltd”11 fevral 2021
Akşin MehdiyevMart 1975“Window Domain Ltd”11 fevral 2021
Şahin QuliyevSentyabr 2001“Elkhanoglu Ltd”3 mart 2021
Emin Quliyevİyul 1994“Guliyevsbro Ltd”16 fevral 2022
Eltun AbbasovDekabr 1997“Zangilan Ltd”7 sentyabr 2021
Mikayıl MəmmədovAprel 1980“Higueron Ltd”19 iyul 2021
Pərvin MəmmədovOktyabr 1988“Passo At home Ltd”16 mart 2022
İsmayıl MəmmədovAvqust 1988“Grandala Ltd”1 avqust 2021
Mehdi Məmmədovİyun 1981Daya Rose Beauty & Health Equip,Emt Company Ltd8 aprel 2021
Mehdi Məmmədovİyun 1981Hyper Nutritional Trading Company Ltd1 aprel 2021
Müslüm Məmmədovİyul 2002“Msmgrouping Ltd”6 aprel 2021
Ziya MəmmədovMay 1983“İticket Global Ltd”6 sentyabr 2021
Ruslan MəmmədovNoyabr 2000“Ruslanmammadov Ltd”10 yanvar 2022
Səbuhi MəmmədovAvqust 1995“Shoppykicker Ltd”10 yanvar 2022
Oktay MəmmədovOktyabr 1997“Oktays Ltd”26 yanvar 2022
Elçin MəmmədovMart 2001“Mammadovelchin Ltd”8 fevral  2022
Vüqar MəmmədovYanvar 2003“Mammadovvugar Ltd”11 fevral 2022
Pərviz Məmmədovİyun 2001“Mammadov Ltd”12 aprel 2022
İsmayıl MəmmədovAprel 1998“Isico Ltd”13 aprel 2022
Elvin HəsənovMart 1993“Kartof Ltd”2 mart 2022
Orxan HəsənovAprel 1997“Orkhanhasan Ltd”21 mart 2022
İslam HəsənovDekabr 1994“Islam Shop Ecom Ltd”11 aprel 2022
Oqtay ƏhmədovSentyabr 1996“Grandeshop Ltd”10 yanvar 2022
Rövşən RəsulovAprel 1970“Rgand Uk Ltd”22 oktyabr 2021
Ceyhun QasımovFevral 1983“Youjia Global Co., Limited”26 may 2021
Anar QasımovYanvar 2002“Azerbaijan Fruit and Vegatable Company Ltd”7 oktyabr 2021
Vüsal ƏhmədovOktyabr 1988“Marlon Consulting Ltd”11 fevral 2021
Rahib MuradovAprel 1993“Busimax Ltd”18 oktyabr 2021
Rahib MuradovAprel 1993“Geensol Limited”5 oktyabr 2021
Amin ŞirvaniMart 1988“Baku and Susa Ltd”4 febral 2021
Tarix: 16-04-2022, 12:15
Xəbəri paylaş





Xəbər lenti