Sarkisyan övladlarının adına Parisdə 7.750.000 avroya mülk aldı - FOTO
Ermənistanın keçmiş prezidenti (2018-2022) Armen Sarkisyan 2017-ci ildə oğlu və qızının adına Parisdə 7.750.000 avroya mülk alıb.
Pravda.az-ın xəbərinə görə, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli bildirib.
Alqı-satqı Sarkisyan ailəsinə məxsus “VH Estate” şirkəti üzərindən həyata keçirilib. Sənədlərdə sabiq prezidentin oğlu, Britaniya vətəndaşı Ayk Sarkisyanın, bacıları, Ermənistan vətəndaşları Karine və Tatevik Sarkisyanın adı keçir.