"Hamı dünyanın ikinci ordusundan çəkinirdi, indi bu ordu Ukraynanın döyüş meydanlarında qalıb" "NATO bu gün döyüş əməliyyatlarının aparılmasını Ukraynadan öyrənir" "Putin bizi XX əsrin silahlarından tərksilah edib" "Xüsusi xidmət orqanları Putinə lox kimi atış gəlib" Xüsusi xidmət orqanları Rusiya prezidetinə xəyanət edib. Ukraynanın işğalı planı olub, bununla FTX- nın 5- ci xidməti məşğul olub. Onlar Putinə lox kimi atış gəliblər.
Moderator.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində Ukraynanın Donetsk və Luqansk vilayətləri üzrə təhlükəsizlik Xidmətinin sabiq idarə rəsi, istefada olan general- mayor Aleksanr Petruleviç bəyan edib.
Putin onları vəzifələrə təyin edib, ordenlər, rütbələr paylayıb. Bağ evləri, yaxtaları olub, yaşamaq üçün hər cür şərait yaradılıb...Ali təbəqə tam təmin edilib. Neft- qazdan gələn pullar təkcə Rusiya büdcəsinə daxil olmayıb. Həm də güc strukturlarının maliyyələşməsi üçün gizli büdcə olub. Onlar yaxşı dotasiyalar alıb. Həm də nəzərə alın ki, onlar qapalıdır, heç kim gəlir bəyannamələrinə nəzarət etmir", - Petruleviç deyib.
Rusiyada təyyarəçi problemləri var, ona görə də son zamanlar dağıtmaq taktikasından, raket zərbələrindən istifadə edilir.
"Baxın, hansı təyyarəçiləri biz əsir götürmüşük. Alayın komandir müavini və eskadrilya komandirini! Belə çıxır ki, uçmağa adam yoxdur. Bəs sıravi leytenantlar, baş leytenentlar haradadır?".
Onların raketləri itinətökdür. Problem bundadır. Son zamanlar, sadəcə, dağıtma taktikasından istifadə edirlər. Qroznı şəhərini, Suriyanı dağıtdıqları kimi. Amma onlar bir şeyi anlamır: bütün bunlara görə cavab vermək lazım gələcək", - Petruleviç deyib.
Müharibə bitəcək, Ukrayna yüzilliklərlə hörmət edilən ölkə olacaq. Bircə sadə səbəbə görə: çünki indi kimin ən döyüşkən ordusu olması məlum deyil. İndi biz NATO- dan yox, onlar bizdən xahiş edəcək. Hamı dünyanın ikinci ordusundan qorxurdu. İndi bu ordu meydanlarda qalıb. Bizim traktorçularımızın yandırılmış texnikanı çıxarmaq, meyitləri basdırmaq üçün zamanları çatmır.
"Putin bizi tərksilah etmək istəyirdi və bunu, prinsipcə, bacarıb. O, bizi XX əsrin texnikasından, artilleriya və təyyarələrindən tərksilah edib. İndi isə bizi XXI əsrin silahları ilə silahlandırır. Bizə verilən silahlar dinc dövrdə heç vaxt verilə bilməzdı", - Petruleviç vurğulayıb.
Rusiya ordusu Şoyqunun rəhbərliyi altında oğurlanıb. Şoyqunun o qədər orden- medalları var ki, onlara layiq olması üçün gərək 1380- cı ildən Kulikovo döyüşündən başlayardı. Brejnev bunu görsəydi, gözlərindən yaş axardı.
"Rusiyalıların texnikasına baxanda inanırsan ki, döyüş maralsaxlayanlar da varmış. Mən Şoyqunun hərbi biletində belə qeydə rast gəlmişdim, amma belə ixtisasın olmasını bilmirdim", - Petruleviç deyib.
Tarix: 29-04-2022, 12:51