Rus alimlərinin köçmək üçün ABŞ-a girişi asanlaşdırılır – Hansı güzəştlər hazırlanır? (“Bloomberg”)



Bir sıra Rusiya vətəndaşları üçün ABŞ-a giriş sadələşdiriləcək.
Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumatlı mənbələrə istinadən yazıb.
Məlumata görə, Bayden administrasiyası yarımkeçiricilər, kosmik texnologiya, kibertəhlükəsizlik, qabaqcıl istehsal, hesablamalar, nüvə mühəndisliyi, süni intellekt, raket hərəkəti texnologiyası sahəsində təcrübəsi olan rusların ABŞ-a köçməsini asanlaşdırmaq istəyir: “ABŞ administrasiyası Rusiyadan gələn ixtisaslı işçilər üçün viza məhdudiyyətlərini yüngülləşdirmək niyyətindədir. Bu tədbir rus alimlərin ABŞ-a köçməsini daha rahat edəcək və Rusiyanın yüksək texnologiya potensialını zəiflədəcək”.
“Bloomberg” yazır ki, Bayden administrasiyası artıq ölkə Konqresindən ABŞ-a iş vizası almaq istəyən ali təhsilli ruslar üçün iş yerinin sübutu tələbini aradan qaldırmaq imkanının yaradılmasını istəyib: “Ağ Ev ümid edir ki, elm, mühəndislik və riyaziyyat sahəsində mütəxəssislər Rusiyadan ABŞ-a köçəcəklər. Qanun qəbul olunarsa, o zaman magistr və ya doktorluq dərəcəsi almış ruslar ABŞ-a daxil olmaq üçün sadələşdirilmiş sxemdən istifadə edə biləcəklər”.
“ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmisi təsdiqləyib ki, Bayden administrasiyasının niyyəti qısa müddətdə Rusiyanın yüksək texnologiya resurslarını zəiflətmək və gələcəkdə ölkənin innovasiya bazasını sarsıtmaqdır”, – məlumatda qeyd olunur.
Tarix: 30-04-2022, 15:33
Xəbəri paylaş





Xəbər lenti