Dünya liderlərinin sevimli yeməkləri və qeyri- adi qida zovqləri...

Dünya liderlərinin sevimli yeməkləri və qeyri- adi qida zovqləri...
Şarl de Qoll noxudu, Jak Şirak buzov başını,
Qəzzafi dəvə südünü, Pol Pot kobra şorbasını, Kim Çen İr it əti və diri balığı, Stalin gürcü mətbəxini, Putin bildirçin yumurtası və püstəli dondurma xoşlayıb...

 
İnsanın qida davranışları dəbdəbəni, eksravaqantlığı və ya, əksinə, sadəliyi və təvazökarlığı nümayiş etdirə bilər, hətta təəccüb və dəhşət doğura bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə Misirin "Noonpost" nəşri yazıb.
 
Məqalə müəllifi dünyaca məşhur liderlərin qidalanmasında üstünlük verdiyi məqamlardan danışıb.
 
İnsanların dad və qida vərdişləri fərqləndiyindən, hər birimizin sevdiyimiz yeməklər var. Söhbət dövlət liderlərindən gedəndə də bu, belədir.
 
Onların qida davranışları dəbdəbəni, ekstravaqantlığı və ya, əksinə, sadəliyi və təvazökarlığı nümayiş etdirə, hətta təəccüb və dəhşət doğura bilər.
 
Keçmişlə gələcək arasında
 
Tarixi romanlar bizə saray əslinin dadla bağlı üstünlük verdikləri məqamlardan məlumat verib. Onlar mahnı ifaları və musiqili, böyük çeşidli yeməklərlə müşayiət edilən dəbdəbəli ziyafətlərə aludə olub.
 
Sivilizasiyaın inkişafı və sosial- mədəni dirçəliş nəticəsində kralların və sultanların zövqləri və üstünlük verdikləri məqamlar da dəyişib, əvvəllər ictimaiyyətə açıq olan ziyafətlər yalnız dar çərçivədə, az adamların qatıldığı, gigiyena və etiket qaydalarının gözlənilməsilə müşayiət edilən tədbirə çevrilib. Üstəlik, liderlər zəhərlənmələr və ya xəstəliyə yoluxmalardan ehtiyat etməyə başlayıb.
 
Müasir dövrdə dövlət başçılarının qida rasionu bəzən gizli saxlanılır, bu da dövlətin təhlükəsizliyi ilə bağlıdır. 
 
Jak Şirakın sevdiyi buzov başından tutmuş Vladimir Putinin püstəli dondurmasınadək hakimiyyət dairələrində yemək çox həssas mövzu olaraq qalmaqdadır.
 
Ona görə də Angela Merkelin aşpazından onun sevimli reseptləri barədə sual verəndə, o, belə cavab verib: "Mən onun sevimli yeməklərindən danışa bilmərəm, əks halda bütün dünyada belə yeməkləri hazırlamağa başlayacaqlar".
 
Fransa prezidentləri
 
Şarl de Qol noxuda üstünlük verib, bu da hərbçinin ciddi xarakterini və yemək masası arxasında çox vaxt keçirmədiyini göstərir. Fransua Mutterana gəldikdə, onun qida vərdişləri yekscins olmayıb. Sosialist prezident burjua neməti olan kürünü xoşlayıb, bu da onun yeritdiyi ideologiyaya zidd olub.
 
Jak Şirak öz qonaqlarına sevimli yeməklərini təklif edib. O, Asiya mətbəxini və buzov başı kimi doyuzdurucu yeməkləri xoşlayıb.
 
Fransua Oland artişoku (ənginar) və sparjanı (qulançar) xoşlamayıb, bununla bağlı bir diplomatik insident yadda qalıb. 2012- ci ildə Angela Merkel Fransa prezidentinin Berlinə ilk səfəri zamanı ona qulançar təklif edilib.
 
Nikola Sarkoziyə gəldikdə, 40 il Yelisey sarayında mətbəxə rəhbərlik edən Bernar Bosyon deyib: "Prezident antişoka nifrət edib və şokolada aludə olub, həmçinin şərabı və pendiri xoşlamayıb".
 
Bundan başqa, Sarkozi sadə salatı, ağ əti xoşlayıb və əlbəttə ki, həyat yoldaşı Karla Bruninin pastalarına üstünlük verib.
 
Amerika liderləri
 
1990- cı ildə ata Corc Buş Ağ evdə, Air Force One təyyarələrində, habelə HHQ kazarmalarında nahar fasiləsinə brokollini qadağan edib və belə fikri ilə yadda qalıb: "Mən brokollini sevmirəm, mən bu tərəvəzi heç vaxt xoşlamamışam. Mən uşaq olanda anam məni onunla qidalandırıb. İndi isə mən ABŞ prezidentiyəm və bundan sonra brokolli yeməyəcəyəm!".
 
Bu qalmaqallı insident BROCOLİGATE adlandırılıb, fermerlər etiraz əlaməti olaraq Ağ evə 10 ton yaşıl tərəvəz göndərib.
 
Piylənməyə qarşı və meyvə-tərəvəz yeməyə çağırış edən Mişel Obamadan fərqli olaraq, Barak Obama tez yemək hazırlanan restoranlara getməyi və Meksika yeməyi olan çili kon karneni xüsusilə xoşlayıb.
 
Rusiya və Putin
 
Putin zəhərlənmədən çox qorxur, ona görə də gün ərzində onun üçün hazırlanan bütün yeməklərin dadına baxan adam təyin edib. Püstə dondurmasına aludəçiliyindən başqa, Rusiyada havanın hərarətinin aşağı olmasına rəğmən, Putin yemək barədə mühafizəkardır və onun qida rasionu haqqında nadir hallarda məlumat verilir.
 
Lakin 2012- ci ildə NTV tekekanalında o, ənənəvi səhər yeməyindən danışıb.
Rusiya rəhbəri sıyıq və balla şoru, çiy bildirçin yumurtası, həmçinin çuğundur şirəsi və turpdan hazırlanan kokteyldən istifadə edir.
 
Putin telekanala müsahibəsində deyib: "Mənim yeməyə vaxtım azdır, pomidoru, xiyarı və salatları sevirəm. Səhərlər sıyıq, balla şor, ət və balıq arasında seçim olarsa, balığa üstünlük verirəm. Həmçinin qoyun ətini xoşlayıram".
 
Britaniya kraliçası
 
Kralişa II Yelizaveta öz gününə dünyada ingilis çay tədarükçüsü olan sevimli brendi "Twinnings"- dən bir fincan yaşıl çayla, Kellogg's Special K markasından olan  yulafdan başlayır. Həmçinin meyvələr və bəzən hisə verilmiş qızılbalıq omletini xoşlayır.
 
Nahar fasiləsinə Dübonne çərabı, ispanaqla balıq və qrildə toyuq xoşlayır, karbohidratlardan uzaq durmağa çalışır.
 
Şam yeməyi nahara bənzəyir: sadə hazırlanmış ət və tərəvəzlər. Maral ətini, şokoladlı, çiyələkli və ya şaftalılı pudinq də yeyə bilər.
 
Almaniya: fürer və Merkel
 
Kim inana bilər ki, dünyanı fəth etməyə yaxın olan Adolf Hitler ət yeməyib və vegetarian olub? Sonuncu naharı onun zövqündən xəbər verir. 30 aprel 1945- ci ildə 25 yaşlı qız Hitlerin bunkerinə gəlib, ondan fürer üçün sonuncu dəfə sevdiyi kartof püresilə qayğanaq hazırlamaq xahiş edilib.
 
Viktoriya Klark və Melissa Skott "Diktatorların naharı" kitabında yazıb ki, Hitler insanlardan çox heyvanlara simpatiya bəsləyib, lakin o, qatı vegetarian olub. Məsələn, o, "Hamburqsayağı quş balaları" - qara ciyər, dil və fistaşka ilə farş edilən göyərçin"ə üstünlük verib.
Nasist liderinin quş ətinə sevgisi barədə Hamburq otelində 1930- cu illərin əvvəlində baş aşpaz işləmiş Dionas Lukas yazıb.
 
Angela Merkelə gəldikdə, o, şəxsi həyatı barədə danışmağı xoşlamır, lakin öz evinin qapılarını KİV- lərə açmağa çəkinməyib, adətən, kamera qarşısına mətbəxdə dayanıb.
Onun sözlərinə görə, bişirilmiş çörəyi, kartof şorbası və dolma xoşlayıb. O, həm də pendiri xoşlayıb.
 
Fidel Kastro və pasta
 
Kuba lideri kulinariya ilə maraqlanıb, onun dostu, Kolumbiya yazıçısı Qabriel Qarsia Markes onu "yeni reseptlər axtaran və alimtək yeməklər hazırlamağa can atan yorulmaz balıqçı" adlandırıb.
 
O, kulinariya haqqında kitab oxumağa həris olub, reseptləri toplayıb, onun yaxınları onun hazırladığı gözəl yeməklərdən dadıb. O, pastanı çox xoşlayıb və səhər yeməyi zamanı 200- dən çox qəzet səhifəsindən iqtibaslar gətirib.
 
Səddam Hüseyn və masquf balığı
 
Səddam Hüseyn 1979- 2003- cü illərdə İraqa rəhbərlik edib, təzə və yağsız əti,  təzə krevetləri və Holan təpələrindən gətirilən zeytunu xoşlayıb. Sevimli yeməyi odda bişirilən balıq- marquf olub. O, həmçinin təzə balığa üstünlük verib, mətbəx işçilərini səhər saat 5 və ya 6- da balıq hazırlanması üçün oyadıb.
 
Başqa yerli yeməklərdən doğulduğu Tikrik regionunda geniş yayılan mərcimək və balıq şorbası xoşlayıb.
 
Qəzzafi üçün dəvə
 
Mərhum Liviya lideri polkovnik Mömər Qəzzafi özünün dəvə südünə sevgisi ilə məşhur olub. Baxmayaraq ki, bu, onda mədə ağrısına səbəb olub, bu içkini içməkdə davam edib. O həm də öz qonaqlarına inadla dəvə südü təklif edib. Məlum olduğu kimi, Britaniyanın sabiq baş naziri Toni Bleyer Tripoliyə səfəri zamanı öz müşavirlərinin tövsiyəsi ilə ondan uzaq durmağa çalışıb.
 
Qəzzafi də balığı, dəvə ətindən kus- kusu xoşlayıb.
 
Kamboca və Pol Pot
 
Xüsusi qəddarlığı ilə seçilən Kambocada Qırmızı kxmerlərin lideri iki milyon kambocalını məhv edib. Onlar ya katorqa əməyindən, ya da acından ölüb. O, kobra şorbasını, təzə meyvələri və Çin şərabını, həmçinin, dəbdəbəli naharları sevib. Xalq isə yoxsulluq və səfalət içində su və düyü ilə kifayətlənib.
 
Kim Çen İr
 
Şimali Koreya lideri (1994- 2011) öz zövqlü yeməkləri ilə seçilib. O, köpək balığı və it ətindən şorbanı xoşlayıb, düyünü isə onun üçün bir qrup qadın hazırlayıb. Onlar düyünü eyni formada, ölçüdə, uzunluqda seçməli, Çin sərhədində dağın zirvəsində bitən bitkilərin alınan odunlardan istifadə etməklə ocaqda hazırlayıblar.
 
O, həm də təzə balığlı hələ diri olanda yeməyi xoşlayıb. Ona yemək hazırlanan zaman Şimali Koreyalılar acından əzab çəkib.
 
İosif Stalin
 
Sovet İttifaqının ikinci lideri sayılan Stalin qəddarlığı, gücü və kənd təsərrüfatı ölkəsini sənaye dövlətinə çevirməyi, ikinci dünya müharibəsində qələbə qazanması ilə məşhur olub.
Onun sevimli yeməklərindən bala batırılan karamellə qozlardan ibarət ənənəvi gürcü desertini göstərmək olar.
 
Stalinin ziyafətləri 6 saatadək davam edib, masada gürcü mətbəxinin yeməkləri, yunan qozu, sarımsaq, şəftəli və nar olub.
 
Benito Mussolini 
 
Mussolini İtaliya dövlətini  rəhbəri və faşist hərəkatının banilərindən biri olub, onun Fransaya nifrət hissi siyasətdən kənara çıxıb. Bir dəfə o, deyib: "Fransız mətbəxi heç nəyə dəyməz, İtalyan mətbəxi dünyada ən yaxşısıdır".
 
Evdə həyat yoldaşı Rakele və uşaqları ilə müəyyən zamanda yemək yeməyi və onun evə gələndə ailə üzvlərinin hamısının masa arxasında əyləşməsini istəyib. Sevimli yeməyi xırdalanmış sarımsaqla, yağ və limonla sadə salat olub.
 
Sonradan 1945- ci ildə onda qara ciyərin böyüməsi, qanda şəkərin artması və yoğun bağırsağında patologiya aşkar ediləndə qida rasionuna toyuq və dovşan əti əlavə edilib.
 
Liderlərin qida vərdişləri incə zövqdən və yemək hazırlanmasında ustalıqdan xəbər verə bilər, amma eyni zamanda onlar çoxlarının ağlı və mənəviyyatının çatışmazlığını nümayiş etdirir. Onlar yeməkdə maksimal ekstravaqantlıq nümayiş etdirir, xalqları isə yeməyə nə çörək, nə də düyü tapa bilir.

Tarix: 3-05-2022, 21:41
Xəbəri paylaş





Xəbər lenti