Gürcü “qanuni oğru”lar Qulinin qardaşına qarşı birləşdilər


Namik Bakinskinin niyə hədəf seçilməsinin səbəbləri...

Mayın 3-də gürcü “qanuni oğru”ların Dubayda görüşü olub. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, toplantını gürcü “qanuni oğru” Badri Koquaşvili (Kutaisili) keçirib və görüşdə ən nüfuzlu gürücü əsilli kriminallar iştirak edib. Dubayda baş tutan görüşdə məşhur “qanuni oğru” Tariel Oniani də iştirak edib. Bildirdiyinə görə, görüşün məqsədi “Ded Xasan” klanına hələ də sadiq olanların və xüsusilə, Namiq Bakinskiyə qarşı qüvvələri birləşdirmək olub.
Badrinin niyə hədəf kimi azərbaycanlı “qanuni oğru”, Lotu Qulinin qardaşı Namik Səlifovu (Bakinski) hədəf göstərməsinin kökü bir az keçmişə gedib çıxır. 2019-cu ilin avqustunda Türkiyədə Qulinın olduğu toplantında gürcü “qanuni oğru” Quram Çixladze şillələnib. Məsələ ondadır ki, Quli ilə yaxınlaşan Quramın Türkiyədə qətlə yetirilən Rövşən Canıyevin(Lənkəranski) adamları ilə yaxınlığı üzə çıxıb. Quli Qurama Lənkəranski klanı ilə internetdə üzə çıxan şəklindən sonra hərəkətini görə şillədib, ondan uzaq durmasını istəyib. Bu işi isə “Vəhşi Arman” ləqəbi ilə tanınan qazaxıstanlı Arman Cumagəldiyevin edib.

Bu hadisə cinayət aləmində böyük rezonans doğurub. Çünki Quram keçmiş “qanuni oğru” nəslindən idi. 1994-cü ildə- Quram 6 yaşında olanda onun gözləri önündə atası-“qanuni oğru” Aftandil Çixadzeni və anasını öldürüblər. Bu hadisədən sonra Zaxari Kalaşov (Şakro Molodoy) da daxil “qanuni oğru”lar Quramı öz himayələrini götürüblər. 16 yaşında ona “qanuni oğru” titulu veriblər...
Quli ilə insidentdən sonra Şakro Molodoy və Badri Quramın müdafiəsinə qalxıblar. Şakro deyib ki, Qurama vurulan zərbəni özünə vurulmuş hesab edir. Badri isə hətta “sxodka” keçirməyə cəhd edib. Sentyabrda Quli özü “sxodka” çağırıb. “Sxodka”da iştirak edən “Vəhşi Arman” öz hərəkətini izah edib və toplantıdakıların narazılığına səbəb olmayıb. Badrinin cəhdlərinə baxmayaraq, “qanuni oğru”lar Quli ilə konfliktə girməkdə maraqlı olmayıblar. İddiaya görə, Quli də Qurana and içibmiş ki, onun məsələsi üçün “sxodka”ya cəhd edən Badrini cəzalandıracaq. Bildirilirdi ki, Quli onunla istənilən yerdə görüşməyə hazır olduğunu desə də, Badri gah bir ölkədə, gah başqa bir ölkədə peyda olub, konfliktə daha çox kriminalın müdaxiləsini istəyib.

Badrinin indi digər “oğru”larla Qulinin qardaşı Namik Bakinskiyə qarşı birləşməsi təəccüblü deyil. Amma toplantıda Tariel Onianin iştirakı diqqət çəkir. Rusiyada və keçmiş SSRİ məkanında kriminal aləmin ən əfsanəvi fiqurlarından biri - Tariel Oniani 1952-ci ildə Gürcüstanda (Tkibuli) anadan olub. O, “Kutaisi qruplaşması”nın lideri kimi də tanınır. Milliyyətcə gürcü-svan olan Onianin atası şaxtada baş vermiş qəza zamanı həlak olub. Onianinin həbsxanaya yolu 17 yaşından başlayıb. Ən azı 8 məhkumluğu var. Oniani “oğru tacını” 1970-ci illərdə alıb. SSRİ dönəmində - 1980-ci illərdə o, Moskvada ən nüfuzlu “qanuni oğru” kimi tanınıb. 2009-cu ildə Vyaçeslav İvankovun (Yaponçik), 2013-cü ildə isə Aslan Usoyanın (Ded Xasan) Taroun sifarişi ilə güllələndiyi iddia olunur. İndi Taronun keçmiş “xasanovçularla” haqq-hesabı başadüşülən olsa da, Namik Bakinskiyə qarşı birləşməsi diqqət çəkir. Çünki hələ Qulinin sağlığında bildirilirdi ki, Taro Badri Koquaşvili arasında olan “söhbət” də gürcünün tərəfinin saxlamaq fikrində olmadığını deyib. İndi isə…
1976-cı ildə Dmanisidə doğulan Namik Səlifov 1996-cı ildə qardaşı Quli ilə Bayıl həbsxanası düşüb. Səlifovlar bir sıra cinayətlərdə ittiham olunurdular. Nadir və Namik 1996-cı ilin noyabrında Azərbaycan Ali Məhkəməsinin qərarı ilə 20 il müddətinə azadlıqdan məhrum ediliblər. Namik 2001-ci ilin aprelində vaxtından əvvəl azadlığa buraxılıb. Qulinin qətlindən sonra klanı o idarə edir...
Tarix: 7-05-2022, 14:43
Xəbəri paylaş





Xəbər lenti