"Leninin ilk məhəbbəti parlaq görkəmi və ağlı ilə diqqətini cəlb edən Apollinariya Yaqubova olub, amma rəfiqəsi Nadejda onların qovuşmasına mane olub..." "Nadejda Krupskaya Lenin sürgündə olarkən onun yanına yollanıb və oradakı kilsədə nikah mərasimi keçib..."
"Fransada bahalı restoranlara aludə olan Lenin fransız qadın İnessa ilə tanış olub və ona vurulub...onun qəfləti ölümü ilə barışmayan inqilabçı ilk insult keçirib..."
Vladimir Lenin:
İnqilab rəhbərinin neçə məşuqəsi olub
Vladimir Leninin ölümündən sonra yaradılan şəxsiyyətə pərəstişi onun bədənini mumiyaya, şəxsiyyətini isə proletariatın həyatda inqilabdan başqa heç bir maraqları olmayan statik rəhbər obrazına çevirib.
Moderator.az xəbər verir ki, bu barədə "Rambler" nəşri yazıb.
Yenidənqurma dövründə hər şeydən danışmaq qərarına gələndə İliçin şəxsi həyatı barədə gecikmiş şayiələr meydana çıxdı: qadın cinsindən olan partiya yoldaşları ilə çoxsaylı romanlarından tutmuş Maksim Qorkinin iştirakı ilə lətifələrədək hər çeydən danışmağa başladılar. Maraqlıdır ki, bu qəbildən olan digər inqilab xadimlərinə xalq diqqət yetirmirdi. Ola bilər ki, həqiqətən Leninin taleyində nəsə maraqlı məqamlar olub.
Vladimir İliç həqiqətən inqilaba aludə olub. Qismən buna səbəb ailə faciəsidir: böyük qardaşı Aleksandr Ulyanov çar III Aleksandrı öldürməyə cəhdinə görə edam edilib. Amma səbəb həm də o olub ki, gənc idealist-narodovolçunu cinayətə və əzablı ölümə sövq edənlər onun ailəsini rahat buraxmayıb və istedadlı, həm də kifayət qədər sadəlövh Volodyaya girişiblər.
İlk məhəbbət
Vladimir öz yaşından böyük təsir bağışlayıb, yeri gəlmişkən, tez keçəlləşməyə başlayıb. Lakin o, fitri istedada, canlı xarakterə, cazibəyə və qadın gözəlliyinin diqqətli baxışlarla dəyərləndirmək qabiliyyətinə malik olub.
Onun ilk simpatiya bəslədiyi qadın parlaq və ağıllı qız təsiri bağışlayan Anollinariya Yaqubova olub. Vladimir onun yanında bir qədər utancaq davranıb və ona yaxınlaşmaq üçün vasitəçi kimi yaraşıqsız rəfiqəsi Nadejdadan istifadə edib. Hər ikisi gizli inqilabi dərnəyin üzvü olub.
Ulyanovun və Yaqubovanın münasibətlərinin hansı həddədək çatdığı məlum deyil, lakin o, ona evlilik təklif edib. Amma Nadejdanın gənc oğlan barəsində öz planları olub, görünür ki, o, öz vasitəçilik missiyasından yararlanmaq fikrinə düşüb. Apollinariya Vladimirin həyatından yoxa çıxıb. Krupskaya kifayət qədər dumanlı olaraq yazıb ki, "Apollinariya, nədənsə, Ulyanov növbəti dəfə həbsdə olanda həbsxanaya gəlməyib". Səkkiz ildən sonra Yaqubova vərəmdən vəfat edib.
Krupskaya ilə evlilik
Bundan sonra Ulyanov Şuşenskoyeyə sürgün edilir, Nadejda isə Ufa quberniyasına yollanır.
O, bunu ona ərə getmək niyyəti ilə izah edərək oraya köçürülməsini xahiş edib. Şuşenskoyedə Vladmir və Nadejdanın kilsədə nikahı baş tutub.
Nadya ev sahibəsi kimi o qədər də yaxşı olmayıb. Ona görə də sürgündə olan qızının ailə rahatlığına görə narahat olan anası Yelizaveta qızının dalınca yollanıb.
O, çox güman ki, onların münasibətlərinin möhkəm olmamasını anlayıb, var qüvvəsi ilə gənc ailəyə dəstək olub, sürgünlərdə və gizli mənzillərdə evdar qadın kimi əzab-əziyyətli həyat keçirib. Üstəlik, Nadejda zəif temperamentə malik idi. İnqilabi dərnəkdə onun ayaması "balıq" olub.
"Təsadüfi tanışlıq"
Parisdə Lenin Uilyam Frey adı və ingilis pasportu ilə yaşayıb. O, bahalı restoranlara getməyi xoşlayıb və belə restoranların birində gözəl Yelizaveta ilə tanış olub. Bu qadın "tamamilə təsadüfən" orada qonşu masada tənhalıqda əyləşib və yenə də "təsadüfən" Leninin dostu Rumyantsevlə tanışlığı olub, o da bunları bir-birinə tədqim edib.
Bu qadın onun zövqünə uyğun, qatı avantüraçı olub. Rumyantsevin vasitəçiliyi ilə onun mənzili görüş yerinə çevrilib və Vladimirlə Yelizaveta orada tez-tez gecələyiblər.
Onlar ayrılmalı olub, çünki Yelizavetanın maraqları təkcə inqilabi fəaliyyətlə məhdudlaşmayıb. Amma dost olaraq qalıblar.
Sevgi və ölüm
Rəhbərin həyatında fransız qadın İnessa Armand peyda olanda, Lenin ciddi olaraq ona vurulub. Qıvrımsaç, düzgün sifət cizgiləri, parlaq gözlər, incə əndamı, üstəgəl, üsyançı xarakteri Lenini cəlb etməyə bilməzdi. O, varlı fabrik sahibi Armandın ailəsində fransız dilini tədris edib və onun böyük oğlu Aleksandra ərə gedib. Onların dörd övladı olub, lakin İnessa onun özündən 10 yaş balaca olan 18 yaşlı qardaşı Vladimirə meyl edib. Onların övladı dünyaya gəlib. Tezliklə Vladimir Armand vərəmdən vəfat edib.
Vladimir Lenin Armandla tanış olanda onun 35, özünün isə 39 yaşı olub. Bu zaman Nadejda Krupskayada Bazedov xəstəliyi inkişaf edib, bu, qalxanabənzər vəzin böyüməsi deməkdir, nəticədə gözlərin qabarması, titrəmə, tərləmə və diareya yaranır.
İnessa da inqilabi işə aludə olub. O, qeyri-adi intellektə və qeyri-standart təfəkkürə malik, kifayət qədər emosional olub. Bu mövqedən gözəl dul qadın öz yeni dostunun şarmını yüksək dəyərləndirib.
Krupskaya öz xatirələrində iddia edib ki, onların romanı barədə öyrənəndə, boşanma təklif edib, amma Lenin razılaşmayıb. Yazışmalardan aydın olur ki, klassik sevgi üçbucağı yaranıb.
Armand Parisdən Krakova, Leninə yazıb:
"Biz ayrıldıq, əzizim, ayrıldıq səninlə! Bu, necə də ağrılıdır. Mən bilirəm, hiss edirəm ki, sən heç vaxt buraya gəlməyəcəksən! Yaxşı tanıdığımız yerlərə baxdıqca, mən heç vaxt əvvəllər olmadığı kimi aydın dərk edirdim ki, sən mənim həyatımda nə qədər böyük yer tutmusan, mənim burada, Parisdə, bütün fəaliyyətim min bağlarla sənin barəndə düşüncələrimlə bağlı olub. Mən o zaman sənə o qədər də vurğun deyildim, amma o zaman da səni çox sevirdim. Mən bu gün də öpüşsüz keçinə bilərdim, təki səni görərdim, hərdənbir səninlə danışardım, bu, mənə sevinc gətirər, heç kimə də ağrı verməzdi...Mən biz az sənə öyrəşmişəm. Mən səni təkcə dinləməyi yox, sən danışanda sənə baxmağı çox sevirdim. Birincisi, sən danışanda sifətin canlanırdı, ikincisi, sənə baxmaq rahat idi, çünki sən bunu hiss etmirdin...Səni möhkəm öpürəm. Sənin Armandın".
Lenin o qədər vurğun olub ki, araşdırmaçıların fikrinə görə, hətta inqilab işini atmağa hazır olub. "Ah, bu işlər, qərarsızlıq, problemlər,
təlaşlar...deyəsən, mən əbədi olaraq bunlara bağlanmışam!.." - Lenin İnessaya yazıb.
İnessa Armand qəflətən vəfat edib. Rəsmi versiyaya görə, o, Kislovodskda müalicə alarkən vəbadan dünyasını dəyişib. Lenin dərin məyusluq hissi keçirib. Və tezliklə onda ilk insult baş verib...
Tarix: 14-06-2022, 22:31