Bir qalanın sirri – Putinin yaşadığı iqamətgah


 
Dövlət başçılarıın kabinetdən kənardakı həyatları, yaşam tərzləri həmişə ictimaiyyət üçün böyük maraq doğurub. Siyasi liderlərin yaşadıqları iqamətgahlar bu maraqlar siyahısında xüsusi yer tutur. Bu sırada son vaxtlar beynəlxalq müstəvidə adı daha tez-tez hallanan Rusiya Federasiyasının prezidenti Vladimir Putinin yaşadığı məkan da həm sıravilər, həm də media nümayəndələri üçün maraq hədəfinə çevrilib.

Putin harada və hansı şəraitdə yaşayır?

Qeyd edək ki, 7 oktyabr 1952-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində anadan olan Putinin uşaqlığı bu şəhərdəki Beskov döngəsi 12-də yerləşən binada keçib. Gələcəyin prezidentinin yaşadığı kommunal mənzildə demək olar ki, heç bir şərait olmayıb və mövcud dövr üçün heç də prestijli mənzil sayılmayıb. Mənzilin sahəsi cəmi 20 kvadmetr olub, mətbəx və sanitar qovşaqdan isə bir neçə qonşu ümumi istifadə ediblər. Binanın 50 addımlığında 193 nömrəli səkkizillik məktəb yerləşib ki, Putin ilk təhsilini bu məktəbdə alıb. Amma hazırda həmin yaşayış binası şəhərin mərkəzində yerləşdiyindən və özəlləşdirilərək bərpasından sonra dəyəri olduqca yüksəkdir. Belə ki, həmin bina Nevski prospektinin bir neçə addımlığında, Moskva vağzalına və Smolnıya çox yaxın məsafədə yerləşir.
DTK-ya xidmətə daxil olduqdan sonra Putinin yaşadığı mənzillər xidməti yerlərinə görə dəyişib.
post_5d65074a524a9-750x500.jpeg (96 KB)
Rusiya prezidenti hazırda Moskva şəhəri, Qaqarin rayonu, akademik Zelinski küçəsi, ev 6-da rəsmi qeydiyyatdadır. Çoxmərtəbəli binadakı bu mənzil Putinlər ailəsinə 1990-cı illərin sonlarında verilib. Mənzilin sahəsi 157 kvadratmetrdir. Mənzilin çölə baxan bütün pəncərələri gülləkeçirməz şüşələrdəndir. Mənzil əvvəlcə Putinə xidməti ev kimi verilib, sonradan həmin mənzil şəxsi əmlak kimi Putinin adına rəsmiləşdirilib.
Putinin rəsmi qeydiyyatı bu mənzilə olsa da onun 2000-ci ildən sonra əsas yaşadığı iqamətgah Moskva vilayətinin Odinstoctovo rayonunda, Novo-Oqoryova da yerləşir.
oformlenie-parkovoj-zony-pered-rezidenciej-600x338.jpg (135 KB)
İqamətgah XIX əsrdə knyaz Sergey Aleksandroviç tərəfindən ingilis üslubunda inşa edilib. Bu iqamətgahın dövlər iqamətgahına çevrilməsi ideyasını isə ilk dəfə 1950-ci ildə Gerogi Malenkov verib. İqamətgahda bərpa və yenidənqurma işləri Malenkovun arxitektor qızı Valentina tərəfindən aparılıb. Stalindən sonra birinci olacağına şübhə etməyən Malenkov iqamətgahı özü üçün yeniləyib. Amma ora köçmək Malenkova qismət olmayıb.
Həmin illərdə iqamətgahdan qonaq evi kimi istifadə edilib. Xüsusilə xaricdən gələn rəsmilər bu iqamətgahda yerləşdirilib. Eyni zamanda Mərkəzi Komitənin bəzi tədbirləri də bu iqamətgahda keçirilib. Beləliklə, 1991-ci ilə qədər iqamətgah hökumət iqamətgahı statusunda fəaliyyət göstərib.
post_5d65074a5406d-799x500.jpeg (64 KB)
1990-cı illərin sonunda iqamətgahda növbəti dəfə bərpa və yenidənqurma işləri aparılıb. Bütün bu işlər Putinin göstərişi ilə onun zövqünə uyğun aparılıb və 2000-ci ildə Putin bu iqamətgaha köçüb.
İqamətgah 6 metr hündürlükdə olan hasarla əhatə olunub. İqamətgahın ərazisində yaşayış evi ilə yanaşı rəsmi görüşlərin keçirilməsi üçün tikililər, hövuz, istixana, idman və kino zalı, mühafizəçilər üçün xüsusi tikililər, at və digər ev heyvanları saxlamaq üçün yer, vertolyot meydançası, qarajlar, o cümlədən kilsə də mövcuddur.
İqamətgahda prezidentin işləməsi, istirahət etməsi, rəsmi görüşlər keçirməsi üçün ən yüksək səviyyədə şərait yaradılıb. Pandemiya dövründə isə iş kabineti ilə yanaşı videkonfranslar keçirmək üçün ayrıca bir otaq avadnlıqlarla təchiz olunub ki, Putin məhz məsafəli olaraq bu otaqdan müraciətlər edib, videogörüşlər keçirib.
728x449_1_a3389f165a7c6e264e7ed8f325a8e4f6@940x580_0xac120003_1754250301649716514.jpeg (100 KB)
İqamətgah daha çox qapalı bir şəhəri xatırladır. Onun ərazisinə giriş-çıxış yalnız Putinin göstərişi ilə həyata keçirilir. Hətta yaxın ərazilərdə belə vido və foto şəkilişlər qadağandır. İqamətgahda yalnız rəsmi görüşlər zamanı dəvət olunan jurnalistlər məhdud sayda çəkiliş apara bilərlər.
Putinin “qala”sının əsas sirri onun mühafizəsindədir. İqamətgah elə mürəkkəb bir müxanizmlə mühafizə olunur ki, ərazidə hansısa bir insidentin baş vermə ehtimalı sıfıra bərabərdir.
загружено.jpg (101 KB)
Qeyd edək ki, bu iqamətgah Putinə təkcə prezidentliyi dövrü üçün istifadəyə verilməyib. 2008-ci ildə Putinin prezidentlik müddəti sona çatdıqdan sonra “Səlahiyyətləri sona çatmış Rusiya prezidentinə və onun ailə üzvlərinə təminatlar haqqında” qanuna uyğun olaraq o, ömürlük istifadə üçün Novo-Oqaryovo iqamətgahını seçib.
Qeyd edək ki, Vladimir Putinin Rusiyanın bir çox ərazilərində də iqamətgahları mövcuddur. Prezident bu iqamətgahlardan yalnız işgüzar səfərləri və qısamüddətli məzuniyyətləri zamanı istifadə edir.
 
İlham Cəmiloğlu,
Musavat.com
Tarix: 2-07-2022, 10:57
Xəbəri paylaş





Xəbər lenti