"Mənim sevgilim Almaniyadır.."
"Mən uşaqlarımı götürüb bu dünyadan gedirəm..."
"Helqa, Hilderqard, Helmut, Holdin, Hedviq, Heydrun-talesiz uşaqlar..."
Qaniçən Maqda Gebbels uşaqlarını necə tərbiyə edib...
Adolf Hitler öz yaxın silahdaşı Yozef Gebbelsin həyat yoldaşı Maqda Gebbelsi "alman qadınının nümunəsi" adlandırıb. Onu başqa həyat yoldaşlarına və analara nümunə gətiriblər, fəqət, Maqda qaniçən olduğu ilə fərqlənib, buna görə də onun uşaqları əziyyət çəkib.
Moderator.az xəbər verir ki, bu barədə "Rambler" nəşri yazıb.
Maqdanın tarixçəsi Maqda iki dəfə ərdə olub. İlk həyat yoldaşı ilə 19 yaşlı alman qadın qatarın kupesində tanış olub. İlk baxışdan hər şey uğurlu olub: 39 yaşlı milyardçı Qünter Kvandt yenicə dul qalıb, amma yeni sevgili axtarışında olub və gənc sarışın qız onun diqqətini çəkib.
Xeyli sərvətə malik olmasına rəğmən, Kvandt dəhşətli dərəcədə xəsis olub. Maqdanın səyahətlər və zəngin qəbullar barədə arzuları çin olmayıb. Üstəlik, qadın ərindən güc-bəla ilə maddi vəsaitləri ala bilib. Ona görə də onların münasibətləri idealdan çox uzaq olub. Qünterin qohumları Maqdanı "bambılı" adlandırıb, özü isə həyat yoldaşından beş uşağı-birinci nikahdan iki, dostunun həlak olmasından sonra oğulluğa götürdüyü üç uşağı tərbiyə etməyi tələb edib.
Xoşbəxtlikdən, Qünterlə nikah çox çəkməyib. Berlində o, yəhudi tələbə Viktor Arlozorovla sevgi romanı yaşayıb.
Kvandt onun Maqdaya yazdığı məktubları aşkar edib və arvadını küçəyə atıb, lakin qadın heç bir şeysiz qalmaq fikrində olmayıb. Əşyaları ilə birgə o, Qünterin öz məşuqələrinə yazdığı məktubları ələ keçirərək, onları məhkəməyə təqdim edib. Ərinin xəyanəti Maqdaya böyük kapital, Berlində ev, təminat, mülkdən istifadə etmək hüququ və Haroldla nikahdan doğulan yeganə oğluna qəyyumluq əldə etməyə imkan verib.
Gebbelslərin övladları Gebbels həyat yoldaşına sadiq olmayıb, o da borclu qalmayıb. Üstəlik, şayiələr gəzib ki, Maqdanın Hitlerə ciddi qarşılıqlı hissləri olub, amma Hitler deyib: "Mənim nişanlım Almaniyadır". Maqda Genbelslə qalmalı olub ki, Hitlerə yaxın olsun.
Alman qadın Gebbelsə altı övlad bəxş edib: Helqa, Hilderqard, Helmut, Holdin, Hedviq və Heydrun. Böyük övladı Helqadan başqa, bütün övladlarını Maqda Üçüncü reyxin vəsiyyəti ilə tərbiyə edib və İohann Haarerin "Alman anası və onun ilk körpəsi" kitabını rəhbər tutub. Helqa bu taledən yan keçib, çünki bu kitab onun dünyaya gəlişindən sonra işıq üzü görüb.
Başqa uşaqları tənha qoyur, ağlamaqlarını görməzdən gəlir, çünki belə hesab edilib ki, körpənin göz yaşlarını tez-tez silmək uşağı "balaca", amma barışmaz tiran"a çevirə bilər.
Uşaqlar içində Hitlerin oyuncaq forması olan maşınlarla əylənib, axşamlar Gebbelsslər stolüstü oyunlara baş vurub. Kubikləri ataraq və fişkaları hərəkətə gərirərək, onlar ingilis donanmasını "məhv edir" və ya yəhidiləri şəhərdən "qovub".
Ölüm Müharibınin son günləri Maqda ilk nikahdan olan və o zaman Şimali Afrikada hərbi əsirlərin düşərgəsinə düşən oğluna məktub yazıb:
"Fürerdən sonrakı dünya yaşamağa dəymir, ona görə də mən uşaqları özümlə götürüb, bu dünyadan gedirəm. Gələcək belə həyatda onları yaşamaq üçün saxlamağa yazığım gəlir".
Maqda uşaqlarını qətlə yetirmək və özü də onlarla birlikdə ölmək qərarına gəlib. Gebbels onunla mübahisə etməyə cəhd edib, amma onu fikrindən yayındırmağı bacarmayıb. Qadın uşaqlarına deyib ki, onlara peyvənd vuracaqlar. Bundan sonra onlara morfin vurulub və ağızlarına sianid ampulu qoyulub. Gebbels cütlüyü də uşaqları öləndən sonra zəhər içib ölüblər.
Tarix: 3-07-2022, 08:46