Vanqanın yaxın gələcək üçün proqnozları – 2023, 2026-cı illərdə…


Məşhur öngörücü Vanqanın proqnozları indi də çoxlarında maraq doğurur.
ABŞ-da baş verən 11 sentyabr terrorundan tutmuş İŞİD-in yüksəlişinə qədər bir çox iddiası gerçəkləşən Vanqanın 2021-ci ildən sonrakı zaman üçün də verdiyi proqnozlar diqqətlə təkib edilir.
1911-1996-cı illərdə yaşayan Vangeliya Pandeva (Vanqa) Makedoniyanın Strumitza şəhərində doğulub. 16 yaşındaykən ildırım vurması nəticəsində gözlərini itirib. Onun bütün proqnozları Bolqar hökuməti tərəfindən qeydə alınaraq saxlanılır.
Vanqanın gələcək öngörülərini təqdim edirik:
2221-ci ildə insanlar dünyadan kənarda həyat arayışında qorxunc hadisə ilə qarşılaşacaqlar.
2256-cı ildə kosmik gəmi dünyaya yeni bir xəstəlik gətirəcək.
2196-cı ildə Avropa və Asiya irqləri tamailə bir-birinə qarışacaq.
2183-də Marsdakı bir koloniya nüvə gücünə çevrilərək Yerdən müstəqillik tələb edəcək.
2170-ci ildə böyük bir quraqlıq yaşanacaq.
2164-də heyvanlar yarı insana dönəcək.
2123-də kiçik ölkələrin arasında müharibələr olacaq, böyük ölkələr isə bu müharibənin tamamilə xaricində qalacaqlar.
2111-də insanlar androidlərə bənzəyən yaşayan robota dönəcək.
2100-cü ildə insanların düzəltdiyi süni Günəş dünyanın qaranlıq üzünü işıqlandırmaq üçün istifadə ediləcək.
2088-də insanları saniyədə qocalda bilən yeni xəstəlik törəyəcək.
2046-da bütün vucud orqanları çoxaldıla bilinəcək. Xəstə orqanın yenisilə əvəzlənməsi ən yayqın və asan yöntəm olacaq.
2043-cü ildə bütün Avropanın hakimi müsəlmanlar olacaq, dünya iqtisadiyyatı yaxşı vəziyyətdə olacaq.
2028-ci il. Yeni enerji növü gətiriləcək. Yavaş-yavaş aclığın önünə keçiləcək. İçində insan olan bir uzay gəmisi Veneraya yollanacaq.
2026-cı ildə Avropada insan sayı tükənmə həddinə gələcək.
2023-cü ildə Yer kürəsinin orbitində naməlum dəyişiklik baş verəcək. (Sfera.az)
Tarix: 6-07-2022, 10:03
Xəbəri paylaş





Xəbər lenti