“Hyatt Regency” hotelində düzənlənmiş məclisdə Azərbaycan, Rusiya və Vaşinqtonun ‘’Böyük Masterləri’’ iştirak ediblər; yazıçı-konspiroloq hesab edir ki, əsl masonlar tanınmır...
Azərbaycan Milli Böyük Mason Lojası 44 günlük Vətən müharibəsində Qələbə münasibətilə azərbaycanlıları təbrik edib. Demokrat.az saytı xəbər verir ki, bu barədə bəyanat Mason Lojasının rəsmi saytında yer alıb. Təbrikdə deyilir:“Hörmətli qardaşlar!Azərbaycan və Ermənistan arasında mövcud münaqişə ilə bağlı qələbə münasibətilə ürəkdən təbrik edirəm. 30 ilə yaxındır erməni hərbi qüvvələri tərəfindən işğal altında olan torpaqlarımızı geri almaq üçün haqlı mübarizə aparan və qələbə əldə edən azərbaycanlı qardaşlarımızı təbrik edirik.
Bununla belə, BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyri-şərtsiz çıxarılmasını tələb edən 822,853,874 və 884 saylı qətnamələri qəbul etdiyini vurğulamaq vacibdir. Bu, Azərbaycan üçün işğal olunmuş bütün torpaqlarımızın azad edildiyi əsgərlərin və mülki şəxslərin həlak olmasını dayandıracaq bir sülh sazişinin imzalandığı tarixi bir andır.
Biz hamımız ədalətin bərqərar olacağına və Azərbaycanımızın və vətəndaşlarının sülh və əmin-amanlıq içində yaşayacağına sevinirik.
Yaşasın Azərbaycan!"Bəyanatı Bəhman Motlağ və Ali Ustad, Azərbaycan Milli Böyük Lojasının rəhbəri Bağır Heyət imzalayıb.
Xəbəri yayan sayt yazır ki, iyunun 3-də Bakıda Azərbaycan Milli Böyük Mason Lojasının illik məclisi keçirilib. “Hyatt Regency” hotelində düzənlənmiş məclisdə Azərbaycan, Rusiya və Vaşinqtonun ‘’Böyük Masterləri’’ iştirak ediblər.
Mason Lojasının Azərbaycanda da yaradılması və toplantı keçirməsinin anlamı nədir?Həmid Herişçi Yazıçı-konspiroloq Həmid Herişçi hesab edir ki, əsl masonlar tanınmır: “Öncəliklə deyim ki, əsl masonlar başqadır, üzdə olan, mətbuatda adları çəkilənlər isə tamam başqadır. Əgər bir masonun adı çəkilirsə, mətbuata fotolar sızdırılırsa, bu, Mason Lojası deyil. Sadəcə, əsl masonlar bu cür fotoları ona görə mətbuata ötürürlər ki, izlərini azdırsınlar. Heç kim onların əsl söhbətlərindən xəbər tuta bilməz. Bu səbəbdən üzdə nə varsa, mətbuatda nə xəbər yayılıbsa, bunlar şübhə altındadır. Mason lojalarının sayını özləri artırırlar ki, əsl olanları gizli saxlaya bilsinlər. Bir sözlə, onlar barədə deyilən sözlərə qəti inanmayın. İranda da çox güclü mason lojaları var. Onun kökü gedib çıxır Türkmənçay müqaviləsinin müəllifi Mirzə Əbülhəsən xan Şiraziyə. O şəxs İran mason lojasını yaradıb. Bu loja İran Xarici İşlər Nazirliyində yaranıb. Nazirliyə girən şəxs elə masondur. Görürsünüz, onu necə gizlədiblər. İranda mason diplomat deməkdir. İran kimi kənardan antimason görünən ölkədə əslində masonlar daha çoxdur”.
H.Herişçi istənilən halda II Qarabağ savaşının qalibi kimi Azərbaycana ünvanlanan bu təbriki müsbət sayır: “Onların bizi təbrik etmələri təbiidir. Çünki dünya sağçıları Azərbaycanın tərəfindədir. Ermənilərin əlaqəli olduqları daha çox liberallardır. Məsələn, İranda ermənipərəst qüvvələr elə İran liberallarıdır. Masonlar isə liberal deyillər axı, sağçıdırlar. Azərbaycanın mövqeyi isə sağçılara uyğundur”.Müsahibimiz bu toplantının Azərbaycanda keçirilməsinə də toxundu: “Azərbaycan məsələsi artıq dünya miqyasında geniş bir məsələyə çevrilib. Ölkəmizin dünyada əhəmiyyəti durmadan artır. Bizim bölgədə iki layihə var idi. Biri ”Böyük Ermənistan" layihəsi idi ki, 44 günlük savaşda bu darmadağın oldu. Onun yerinə Böyük Azərbaycan layihəsi gəldi. Bu layihənin də müəllifləri Qərbdə olan sağçılardır. Mason lojasında Hindistan, Əfqanıstan, Tacikistan, İran, hətta Ermənistan bir xəritədə göstərilir. “Böyük Ermənistan” ideyası Böyük İran deməkdir. Onlar da liberal mason lojalarına bağlıdırlar. Sağçı mason lojaları Böyük Azərbaycana bağlıdır. Bunlar arasında isə böyük dava gedir. Masonlarla bağlı məsələlərdə ehtiyatlı olmaq lazımdır. Sızan belə məlumatların real olması da mümkündür".