NASA teleskopu nəhəng ekzoplanetdə su tapdı



NASA-nın Ceyms Uebb teleskopu nəhəng WASP-96b ekzoplanetinin atmosferində suyun əlamətlərini tapıb.
Planet Yerdən min işıq ilindən çox uzaqda, Feniks bürcündə WASP-96 ətrafında fırlanan ulduz sistemində yerləşir.
Bu planet tamamilə yüksək temperaturadək qızdırılan qazdan ibarətdir.
Ceyms Uebbdən alınan ilk spektral məlumatlar cismin yuxarı atmosferində su buxarının, eləcə də orada buludların və dumanın mövcudluğunu göstərib.
Tarix: 13-07-2022, 08:44
Xəbəri paylaş





Xəbər lenti