Bu böyük xristian ölkəsində möhtəşəm halal yemək festivalı keçiriləcək -Bəs bizdə haçan?..
"Müsəlman ölkəsi sayılan Azərbaycanda bir dəfə də "Halal yemək" festivalı keçirilməyib...""Görünür, bizim halal sözündən ürpənən korrupsioner oliqarxlarımız üçün "Haram yemək" festivalı təşkil etmək gərəkdir..." Avqustun 27-dən 28-dək Mançester şəhərində Böyük Britaniyanın hər yerindən minlərlə insanın iştirak edəcəyi təxmin edilən Avropanın ən böyük halal yemək festivalı keçiriləcək.
Moderator.az xarici İslam saytlarına istinadla xəbər verir ki, 100-dən çox eksponentin(sərgiçi) iştirak etdiyi sərginin Blekbörn, Bolton, Bradford və Dyusberi kimi yaxın ərazilərdən insanları cəlb edəcəyi gözlənilir.
“İslamic Relief UK” Mançester halal qida festivalının rəsmi xeyriyyə partnyoru olmaqdan şərəf duyur”- "İslamic Relief UK” şirkətinin rəhbəri Tufail Hüseyn “I Love Manchester” nəşrinə açıqlamasında belə deyib.
“Bu, heyrətamiz bir açıq hava tədbiri olacaq və biz cəmiyyyətin bütün təbəqələrindən olan minlərlə insanın əyləncə, şənliklər və ləzzətli yeməklərdən həzz almaq üçün bir araya gəlməsini səbirsizliklə gözləyirik. Əyləncə yarmarkasından tutmuş uşaq meydançasına qədər, həmçinin namaz qılmaq üçün yerlərə qədər möhtəşəm fəaliyyətlər olacaq”, - deyə Hüseyn bildirib.
Qeyd edək ki, son illər Böyük Britaniya və bir sıra digər Avropa ölkələrində mütəmadi olaraq halal qida festivalları təşkil edilir...
P.S. Müsəlman ölkəsi sayılan Azərbaycanda bir dəfə də "Halal yemək" festivalı keçirilməyib... Görünür, bizim halal sözündən ürpənən korrupsioner oliqarxlarımız üçün "Haram yemək" festivalı təşkil etmək gərəkdir... Onlar bunu yaxşı mənimsəyiblər - dünyada birinci yerə çıxararlar ölkəmizi...
Tarix: 23-07-2022, 07:47