Planetimiz TƏHLÜKƏDƏ: güllədən 17 dəfə sürətli asteroid GƏLİR


 
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) iyulun 30-da "2016 CZ31" asteroidinin Yerin yanından keçəcəyini bildirib.
Siam.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə NASA-nın Reaktiv Sürət Laboratoriyası (JPL) məlumat yayıb.
Bildirilib ki, kosmik daşın diametri təxminən 122 metrdir. O, şənbə günü Bakı vaxtı ilə saat 03:02-də 2,8 milyon kilometr məsafədə Yerə mümkün qədər yaxınlaşacaq.
Qeyd edilir ki, asteroidin sürəti saatda təxminən 55.500 km-dir ki, bu da tüfəngdən atılan güllədən təxminən 17 dəfə, ildırımdan isə təxminən beşdə bir daha sürətlidir .
Bu asteroid "potensial təhlükəli" hesab edilmir, çünki onun uzunluğu 150 metrdən çox deyil, baxmayaraq ki, iyulun 30-da onun planetimizdən maksimal məsafəsi 7,5 milyon kilometrdən az olacaq. "Potensial təhlükəli" kimi təyin olunmaq üçün hər iki parametrə cavab verməlidir.
Xatırladaq ki, "2022 KY4" asteroidi iyulun 17-də Yer kürəsinin yanından keçib.
Tarix: 28-07-2022, 10:40
Xəbəri paylaş





Xəbər lenti