Ərəb şeyxləri daşqından sonra döşəməsilənlə küçələrin təmizlənməsi işinə qatıldı...-FOTO

Ərəb şeyxləri daşqından sonra döşəməsilənlə küçələrin təmizlənməsi işinə qatıldı...-FOTO
Birləşmiş Ərəb Əmirliyinin Füceyrə əmirliyinin Mədəniyyət və Media İdarəsinin sədri Şeyx Doktor Rəşid bin Həməd Əl Şərqi və digər vəzifəli şeyxlər bu günlərdə leysan yağışlarının yaratdığı daşqınların təsirindən şəhərin daha tez təmizlənməsinə kömək etmək üçün küçələrə döşəməsilənlə çıxıblar. 
 


Moderator.az  bu haqda  xarici İslam saytlarına istinadla xəbər verir. 
 
Xatırladaq ki,  iyulun 29-da  BƏƏ ərazisinə son 30 ilin ən güclü leysan yağışları yağıb. Ümumilikdə ölkədə sel suları 8 nəfərin ölümünə səbəb olub. Daşqın binalara və əmlaka xeyli ziyan vurub. Daha çox zərbə Füceyrə əmirliyinə dəyib. 
 
Xəbərdə qeyd olunur ki, hakim ailənin nümayəndəsi seldən zərər çəkmiş bir neçə evə baş çəkib və yerli sakinlərə evlərinin təmir olunacağına söz verib. Öz növbəsində Füceyrə vəliəhdi Şeyx Məhəmməd bin Həməd Əl Şərqi fəlakətdən sonra əmirliyin normal həyata qayıtmasına kömək edən könüllülərlə görüşüb.
 
Qeyd edək ki, Füceyrədə yüzlərlə insan "Birlikdə əl-ələ verək" kampaniyası çərçivəsində küçələri və seldən zərər çəkmiş əraziləri təmizləməyə çıxıb. Bəzi könüllülər batmış avtomobilləri çıxarmağa kömək edib, digərləri isə ehtiyacı olanlara yemək və su paylayıb...
Tarix: 4-08-2022, 10:54
Xəbəri paylaş





Xəbər lenti