Dünyanın ən qorxulu şəhərləri: Cinayət, rüşvət, korrupsiya-SİYAHI


Dünyanın ən qorxulu şəhərləri: Cinayət, rüşvət, korrupsiya-SİYAHI



“Numbeo” araşdırma şirkətinin versiyasına görə, dünyanın ən təhlükəli şəhərləri sıralamasında birinci yeri Venesuelanın paytaxtı Karakas tutub. 
İkinci yerdə Cənubi Afrikanın inzibati paytaxtı Pretoriya, üçüncü yerdə Meksikanın Quanaxuato əyalətində yerləşən Selaya şəhəri qərarlaşıb.
Cebhe.info xəbər verir ki, ilk onluqda həmçinin Kabil, Yohannesburq və Rio-de-Janeyro yer alıb. Tədqiqatçıların fikrincə, dünyanın ən təhlükəsiz şəhərləri Birləşmiş Ərəb Əmirliklərinin Əl-Füceyrə və Əbu-Dabi şəhərləridir.
Avropa üçün ayrıca reytinqdə İngiltərənin Bradford şəhəri ən təhlükəli şəhər kimi tanınıb. Ondan sonra Koventri, Nant, Kataniya Marsel, Birminqem, Krayova, Neapol, Nitsa gəlir. İlk onluğun sonunda Minsk qərarlaşıb.
San Sebastian, Sürix, Bern və Münhen Avropada xüsusilə təhlükəsiz sayılır.
Qeyd olunduğu kimi, reytinq tərtib edilərkən cinayətin faktiki ölçülmüş səviyyəsindən əlavə, oğurluq və ya hücumlar, habelə dövlət orqanlarının korrupsiya və rüşvətxorluğu ilə bağlı qorxu dərəcəsi də nəzərə alınıb.
Tarix: 9-08-2022, 11:47
Xəbəri paylaş





Xəbər lenti