"Varşavada 10 manata səhər yeməyi yemək mümkündür, Bakıda isə bu qiymətə yalnız 2 fincan çay içmək olar"


"Yüksək materiyanı bir tərəfə qoyaq. Həm də Marks deyirdi ki, insanlar yüksək materiya ilə məşğul olmazdan əvvəl yeməli, içməli və geyinməlidirlər. Varşavanın mərkəzində beş seçimdən birini edib 10 manata - 25 zlotı, yaxud 6 dollara müxtəlif çeşidli səhər yeməyi sifariş vermək mümkündür. Üstəlik kofe, yaxud çay da bu hesaba daxildir".

Pravda.az xəbər verir ki, bunu Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, keçmiş xarici işlər naziri deyib.


"Bakının mərkəzində isə 10 manata yalnız iki fincan çay içmək olar. Düzdür, yanında bir mikroskopik ölçülü qurabiyə də verirlər. Sonra da şikayətlənirik ki, ölkəmizə turistlər az gəlir…" - səfir qeyd edib. 
 
Kənan
 Fotoları təqdim edirik


Tarix: 29-08-2022, 15:04
Xəbəri paylaş





Xəbər lenti