Bakıda evdə paranormal hadisələr baş verir, jurnalist evdə olduğu vaxt otağa telefon atılıb - VİDEO
“Mən Sizə əzab çəkdirəcəm, ən sonda ehtiyacım olanı alıb gedəcəm”.
Xəzər rayon Binə qəsəbəsinin sakini İlham Ənsərov bu sözləri hansısa bir varlığın yazdığını iddia edir. Onun sözlərinə görə, yaşadıqları evdə hər gün paranormal hadisələr baş verir. Qəribə varlıqlar əşyaların yerini dəyişir, evi daşlayır, qabları sındırır və qorxulu səslər çıxarır.
Ev sakinləri bildirirlər ki, hadisə təxminən 25 gündür davam edir.
Ailə üzvləri evdə hətta günün müəyyən saatlarında qəribə səslər də eşitdiklərini iddia edirlər.
Psixoloq Aidə Sübhan deyir ki, pasiyentləri arasında bu cür müraciət edənlərə də rast gəlinir. Psixoloq belə halları halusinasiya və qarabasmalarla əlaqələndirir.
İlahiyyatçı Ağa Hacıbəyli də belə vəziyyətlərdə ilk olaraq psixoloqa müraciət etməyi tövsiyə edir.
Qeyd edək ki, ailə hadisəylə bağlı hüquq mühafizəə orqanlarına da müraciət ediblər.