Ölüb-dirilən qadından ŞOK SÖZLƏR: "Tanrı mənə dedi ki..." - Foto
ABŞ-da öldüyünü və yenidən həyata qayıtdığını iddia edən tibb bacısının sözləri gündəm olub.
Musavat.com-un xəbərinə görə, ABŞ-ın Kentuki ştatında yaşayan 52 yaşlı Peni Vitbrot xəstələndikdən sonra tənəffüs çatışmazlığı səbəbindən xəstəxanaya aparılıb və tənəffüs aparatına qoşulub.
İddialara görə, qadının yaşam funksiyaları bu zaman başa çatsa da, o, sonradan həyata qayıdıb.
Peni Vitbrot öldüyü iddia edilən dövrdə yaşadıqlarını danışıb. O bildirib ki, ruhu bədəndən ayrıldıqdan sonra parlaq bir işıq görüb və ilk dəfə nənəsi ilə görüşüb. Peni iddia edir ki, nənəsi ona "sakit qalmalısan" deyib. Tibb bacısı daha sonra dünyada yaşadığı ağrılara görə Allahı məzəmmət etdiyini və gözlənilməz bir vəziyyətlə üzləşdiyini bildirib:
"Ruhum bədəndən ayrıldı və öləndə Tanrının səsini eşitdim. Dünyada çəkdiyim əziyyətə görə onu danladım. O isə dünyada çəkdiyim əziyyətin əvəzini öləndə alacağımı dedi".
Tarix: 9-10-2022, 22:00