Putinlə görüşə idman ayaqqabısında gəldi - Foto


Sankt-Peterburqda BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla Rusiya Prezidenti Vladimir Putin arasında təkbətək görüş keçirilib.
Yeniavaz.com
cablefreetv-yə istinadən xəbər verir ki, görüş zamanı BƏƏ Prezidentinin idman ayaqqabısı geyməsi kameralardan yan keçməyib. 
Əl Nəhyanın Putinlə görüşə qatılmaq üçün klassik deyil qara idman ayaqqabısına üstünlük verməsi isə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Bununla yanaşı, BƏƏ liderinin “Nike” brendinə məxsus corabları da diqqət çəkib.
Qeyd edək ki, Məhəmməd bin Zayed Əl Nəhyan 2019-cu ildə də Vladimir Putinlə Əbu-Dabidə keçirilən görüş zamanı idman ayaqqabısı geyinib.
 
Tarix: 12-10-2022, 16:54
Xəbəri paylaş





Xəbər lenti