ABŞ-da "Alcor Life Extension Foundation" şirkəti öz laboratoriyasında texnologiyanın inkişafı ilə gələcəkdə diriləcəklərinə inanan onlarla insanın meyitini 200 min dollara mənfi 196 dərəcədə maye azotla doldurulmuş çənlərdə qapadıb. Musavat.com xəbər verir ki, indiyədək quruma 400 nəfər müraciət etsə də, ekspertlər bunun yalan olduğunu bildirib.
Ekspertlə belə bir şeyin mümkünsüz və bunun pul tələsi olduğunu qeyd ediblər.
ABŞ-ın Arizona ştatının Skottsdeyl şəhərində yerləşən “Alcor Life Extension Foundation” gələcəkdə həyata qayıtmağa ümid edən insanların cəsədlərinin dondurulması prosesini davam etdirir. Bu günə qədər şirkət 199 nəfərin meyitini donduraraq maye azotla doldurulmuş çənlərə yerləşdirib.