Putinin oliqarx dostları onun həyat yoldaşına nə qədər pul verirlər

Putinin oliqarx dostları onun həyat yoldaşına nə qədər pul verirlərVladimir Putin və Alina Kabayeva

Rusiya Prezidenti Vladimir Putinin şəxsi həyatı çox gizli saxlanılır. Onun keçmiş gimnast Alina Kabayeva ilə evli olduğu heç vaxt təsdiqlənməyib. ABŞ mətbuatı idmançının Putinlə yaşadığı dövrdə üç övlad dünyaya gətirdiyini ehtimal edir. Kabayeva həm də dövlət başçısının həyat yoldaşı hesab olunduğuna görə Qərbin sanksiyalarına məruz qalıb.

Bizimyol.info xəbər verir ki, yeni araşdırma Alinanı bizə həm də başqa rakursdan təqdim edir. “Birinci ledi” eyni zamanda ölkənin vacib fiqurlarından sayılmalıdır. Oliqarxlar ona milyardlar verir. Kabayeva Putinə sərvətini xaricə daşımağa kömək edir.
“Moskovski korrespondent” onların evlənməsi barədə məlumatı 2008-ci ildə yaymışdı. Bundan 10 gün sonra qəzeti bağlamışdılar. İndi Putinin ətrafındakı adamların əksəri Kabayevaya “haqq” ödəyir.
Müstəqil media dəfələrlə yazıb ki, dövlət başçısının oliqarx dostları keçmiş gimnasta daşınmaz əmlak, torpaq kimi bahalı hədiyyələr verir. Kabayevanın ailə üzvləri də bundan kənarda qalmır. Pyotr Kolbin Alinanın nənəsi Anna Zatsepilinaya Arbatda, Gennadi Timçenko Sankt-Peterburqda mənzil, Qriqori Bayevski isə Rublyovkada evlə yanaşı, torpaq sahəsi də bağışlayıb. İndi dövlət başçısının həyat yoldaşının ailə üzvlərinin – nənəsinin, anasının, bacısının böyük şəhərlərdə azı 10 mənzili var. Hələ Soçidəki ərazilərdən, kotteclərdən danışmırıq. Bütün bunların ümumi dəyəri 2.5 milyard rubldan (təxminən 45-50 milyon dollar) az deyil.
Kabayeva elə aktivlərdən istifadə edir ki, rəsmi şəkildə ona aidiyyəti yoxdur. Alina dəfələrlə Cenevrə gölünün kənarındakı vertolyot meydançası olan villada qalıb. Halbuki bura onların deyil. Tarixi əhəmiyyət daşıyan yerdəki imarətin azı 70 milyon dollar qiyməti var.
Jurnalistlərin araşdırması imarətin Timçenkoya məxsus olduğuna işarə vurur. Ola bilər ki, rəsmi sənədlərdə oliqarxın adı gedir, amma hər şey Kabayevanın ixtiyarındadır. “Şəhrizad” yaxtası haqqında da bunu demək olar. Putinin həyat yoldaşı burada dincələndə onu birbaşa Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları qoruyurdu. Kabayeva daha “Şəhrizad”a minə bilmir. Çünki İtaliya hökuməti yaxtanın üzərinə həbs qoyub.
Kabayeva 2014-cü ildən “Natsionalnaya mediaqruppa”nın direktorlar şurasının rəhbəridir. Bu isə “Birinci kanal”ın, REN TV-nin, “Discovery”nin Rusiya versiyasının və “İzvestiya” qəzetinin sahibi olmaq deməkdir. Araşdırmaya görə, media orqanlarının alınması zamanı Kabayevanın heç pulu çıxmayıb. Bütün məsuliyyəti üzərinə Pyotr Kolbinin oğlu Vladimir görürüb. Vladimir Kolbin illik 16 faiz dərəcə ilə kredit rəsmiləşdirib. Amma 12.3 milyard rublu da onun ödədiyinə şübhə yoxdur.
Pyotr Kolbin 2018-ci ildə vəfat edib. Bundan sonra bütün biznesi Vladimir idarə edir. Kiçik Kolbin əvvəllər Sankt-Peterburqda təhlükəsizlik xidmətində vəzifə tutub.
“Natsionalnaya mediaqruppa”nın məhz Kabayevaya görə yaradıldığını demək olar. “Birinci ledi” əvvəlcə yalnız ictimai şurada yer alırdı. Amma Dumanın üzvü olmaqdan yorulan kimi media təşkilatına rəhbər kimi gəldi.
Araşdırmada bildirilir ki, Kabayeva daha “Natsionalnaya mediaqruppa”ya çox vaxt ayırmır. Bura onun üçün daha çox gəlir mənbəyidir. Kabayevanın media təşkilatındakı illik rəsmi qazancı 785 milyon rubla (təxminən 15 milyon dollar) çatır. Alina işgüzar qadın obrazını işləmədən, yüksək səviyyəli həyat sürərək məharətlə oynayır. Putinin oliqarx dostları isə onun əyləncələrini böyük məmnuniyyətlə ödəyir. Çünki dövlət başçısı onlara geniş imkanlar yaradır.
Tarix: 15-10-2022, 22:28
Xəbəri paylaş





Xəbər lenti