Çoxdan evli olan cütlüklər üçün "qızıldan qiymətli" 10 romantik MƏSLƏHƏT...

Çoxdan evli olan cütlüklər üçün
"Doğma şəhərinizin turisti olun, gəzintiyə yollanın, bir-birinizə sevgi məktubu yazın..."
Təbiət yavaş-yavaş melanxoliya və qış yuxusu dövrünə qədəm qoyur, biz sizə havanın ardınca evlilik həyatınızın da qəmgin bozumtul rəngə boyanmağına imkan verməməyi təklif edirik. 
 
Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.
 
Nikahı başlı-başına buraxmasan, o, qələbə və qürura çevriləcək.
 
Belə ki, kortəbiiliyi və "qığılcımı" saxlamaq üçün bir neçə onilliklər belə bir yerdə olmağınıza rəğmən, görüşlərdən imtina etməyin.
 
Öz nikahınızı təzələmək və zamanınızı sevimli insanınızla birlikdə keçirmək üçün görüşlər barədə 10 cəlbedici ideyalarla tanış olmağı təklif edirik. Bunlar həm yeni evlənənlərə, həm də ailə münasibətlərinin veteranları üçün uyğun gələcək.
 
1. Birlikdə oyunlar oynayın
 
Oyun gecələri romantik görüşlər ideyası kimi bəzən lazımınca qiymətləndirilmir. Bizim zəmanədə çoxsaylı oyun növləri var, onlardan ürəyinizcə olan bir-ikisini seçin. Stolüstü oyunlar, oyun-viktorinalar, kart oyunları, videooyunlar və ya köhnə dövrün "dəniz döyüşü" və ya loto oyunlarını seçə bilərsiniz.
 
2. Öz doğma şəhərinizdə özünüzü turist kimi təsəvvür edin
 
Öz doğma şəhərinizin küçələrinə çıxın, turistin sizin şəhərinizi ilk dəfə ziyarət edəndə davranışlarını təkrarlayın. Şəhərin görməli yerlərinə gedin, parkda istirahət edin, kafedə nahar edin, daha sonra muzeyləri ziyarət edin.
 
Gündüz oteldə nömrə sifariş edin və yaxşı səhər yeməyi yeyin ki, sonra romantik səyahət atmosferinə qərq olasınız.
 
3. Gəzintiyə yollanın
 
Uzun piyada gəzinti və ya velosipeddə uzun turlar səmimi söhbətlər, şən gözlənilməz məqamlar və ya vəhşi təbiətin susqun müşahidəsi üçün əsas olacaq. Özünüzlə dadlı şeylər götürün ki, iki nəfər üçün təbiətin qoynunda piknik təşkil edəsiniz. Gecəni çadırda ulduzların altında keçirmək yeni romantik duyğular oyadacaq.
 
4. "20 sual" oyunu oynayın
 
Siz son dəfə bir-biriniz haqqında nə zaman danışmısınız? Uşaqlar və ya işdə problemlər barədə deyil, məhz bir-biriniz barədə? Tərəf-müqabilinizdən soruşun və özünüz də uşaqlıq arzularınızdan, ilk məhəbbətinuzdən, ən utanc hərəkətinizdən, ən pis saç düzümünüzdən, ən yaxşı konsertdən və s.danışın. Əgər ağlınıza nəsə maraqlı bir şey gəlmirsə, öncədən internetdən suallar seçin və onlara növbə ilə cavab verin.
 
5. Cütlük üçün spa-prosedurlara yazılın 
 
Adi hovuza və ya buxar hamamına birgə gediş, orada çimərlik geyimində suda həyat yoldaşınızla əylənmək və bir-birini əzizləmək sizi ətalətdən və süstlükdən çıxaracaq. Buraya buxar masajı, saunanı əlavə etsəniz, yeni təəssüratlar yaşayacaqsınız.
 
6. Kinodan şamın xeyrinə imtina edin
 
Siz şam yeməyi zamanı hər ikinizin xoşuna gələn serial və ya filmə baxırsınız? Biz sizə şam işığında axşamlar təklif etsək necə, sanki yenicə görüşürsünüz? Gözəl geyimlər geyinin, bir-birinizdə müsbət təəssürat yaradın, birlikdə şam yeməyi hazırlayın, gözlərinizdə romantik qığılcımlardan zövq alın.
 
7. Yol səhayətləri təşkil edin
 
Evdən çıxıb birlikdə macəralara doğru yollanmaqdan gözəl nə ola bilər ki? Zamanınız varsa, başqa ölkələrə səfərə gedin, tək bazar günü boşsunuzsa, öz ölkənizin görməli yerlərinə yollanın. Antikvar mağazalara, dar küçələrə, dondurma üçün kafeyə dönün. Gecə şosesi ilə geriyə dönmək və otən günü müzakirə etmək başqa aləmdir.
 
8. Bir-birinizə sevgi məktubu yazın
 
Bu ünsiyyət üsulu əbəs yerə klassika olmayıb. Bir- birinizə əlyazma ilə mətnlər yazın, sanki bir çarpayıda deyilsiniz, yaxud evdə bir-birinizə kiçik qeydlər saxlayın, onları müəyyən edilmiş vaxtda açıb oxuyun. 
 
Bir-birinizə komplimentlər söyləyin və etiraflar edin, özünüzü yenidən xoşbəxt hiss edin və sevgi dolu həyat yaşayın.
 
9. Birlikdə romantik konsertə gedin
 
Bəzən qayğılardan ayrılıb bolluca gülmək faydalıdır. Əbəs yerə demirlər ki, gülüş ən yaxşı dərmandır. Sevimli yumor ustalarınız varsa, onların qastrol səfərlərini diqqətdə saxlayın. Əgər hər ikiniz indiyədək yumor aləmindən uzaqda qalmısınızsa, interernetdən yararlanın, yumor janrları ilə maraqlanın. Siz həvəskar stəndap-klublara gedib gənc yumorçuları dinləyə bilərsiniz.
 
10. Rok-konsertə gedin
 
Sevimli qruplarınızı özünüzdən bir neçş metr aralıda dinləyin. Musiqi hər zaman insanları birləşdirir. Fərq etməz, ayrıca VİP-zonasında, yaxud adamlarla dolu arenadasınız. Əvvəlcədən belə görüşlər üçün bilet alın və gözləyin, bu da sizə həyəcan dolu anlar yaşadacaq.
Tarix: 17-10-2022, 09:37
Xəbəri paylaş





Xəbər lenti