"Sunak və həyat yoldaşının sərvəti mərhum Kraliça II Yelizavetanın sərvətindən çoxdur..."


Böyük Britaniya xaos içindədir. Yeni baş nazir qayda-qanun yarada biləcəkmi?
 
"Böhranın ciddiliyini nəzərə alsaq, qeyri-populyar qərarlarsız keçinmək mümkün olmayacaq..."
 
"Sunakın ölkəni idarə etməyə mandatı yoxdur və növbədənkənar ümumi seçkilərin keşirilməsi labüd olacaq..."
 
"Sunak 3500 funt sferlinqə kostyum, 490 funt sterlinqə çəkmə geyinir..."
 
Rişi Sunak oktyabrın 25-də Böyük Britaniyanın yeni baş naziri vəzifəsinin icrasına başlayıb. O, öz sələflərinin qoyub getdiyi ehtimal edilən resessiyadan hakim Mühafizəkarlar Partiyasının parçalanmasına və uduza biləcəyi ümummilli seşkilərədək yığılıb qalan çoxsaylı fövqəladə problemlərin öhdəsindən gəlməli olacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.
 
İqtisadiyyat: Sunak sabitliyə doğru dönüş edə biləcəkmi?
 
Sunakın Liz Trassı və digər rəqiblərini dəstəkləyən siyasi opponentləri "xəzinədar ortodoksiyanı" təcəssüm etdiyinə görə ona hücumlar edib. Lakin  Trassın "qeyri-ortodoksal" siyasətinin gətirib çıxardığı dağıntılar fonunda o, bu damğanı, görünür, qürurla daşıyacaq. Sunak üçün yaxşı xəbər ondan ibarətdir ki, o, Trassın uğursuzluqları sayəsində xeyli etimad qazanıb, çünki gələcək xaosu proqnozlaşdıra bilib.
 
"Məni narahat egən odur ki, Liz Trassın planları vəziyyəti pisləşdirəcək", - o, avqustun 4-də liderlərin debatları zamanı deyib. - Əgər biz bu inflyasiya spiralı oduna yanacaq töksək, bizim və sizin hamınız ipoteka, əmanətlər və təqaüdlər üzrə daha yüksək stavkalar və milyonların əzablarını görəcəyik".
 
O, haqlı çıxıb. İndi onun birinci vəzifəsi Trassın hakimiyyətdə olduğu qısa müddətdə təmin edilməyən vergi azalmalarının ağır paketinin maliyyə bazarlarını sarsıtdıqdan və milyonlarla britaniyalıların ipotekasının dəyərinin artmasına gətirdikdən sonra vurulan zərəri aradan qaldırmaqdır. Böyük Britaniya, ola bilsin ki, artıq başlanan uzunmüddətli resessiya ilə üz-üzə qalıb.
 
Yeni baş nazirin oktyabrın 31-də təqdim ediləcək iqtisadi plana son ştrixlər vurmaq, ölkə maliyyəsini orta müddət perspektivində tarazlığa qaytarmaq üçün bir həftədən də az vaxtı var. Lakin böhranın ciddiliyini nəzərə alsaq, ona qeyri-populyar qərarlarsız keçinmək çətin ki, mümkün olsun.
 
Siyasət: partiyanı birləşdirmək və ya ölmək
 
Mühafizəkarlar Partiyası "ekzistensional təhlükə" qarşısındadır", - bunu Sunak qapalı iclasda parlament üzvlərinə deyib.
 
Parlament üzvlərindən təxminən 200 açıq dəstək alan Sunak parlament partiyası arasında açıq-aydın favorit olub. Yeni baş nazir həmkarlarının acı brifinqlərinin təxirə salınmasına bel bağlayır.
 
Sunak əsasən sabitləşdirici qüvvə kimi nəzərdən keçirilir. Torinin parlament üzvlərinin əksəriyyəti deyir ki, uzanan siyasi "sabun operası"ndan beziblər, ümid edirlər ki, sabiq kansler investorları sakitləşdirəcək və mühafizəkarların ağıllı iqtisadi siyasət tərəfdarları kimi nüfuzunu bərpa edəcək.
 
Amma bal ayı dövrü böyük ehtimalla uzun çəkməyəcək, çünki Sunak sələfi Liz Trass kimi eyni problemlərlə üzləşəcək. Əgər yeni baş nazirin də Britaniyanın siyasət fırtınasında naviqasiyanın öhdəsindən gələ bilməyəcəyi müəyyən edilərsə, onun rəqibləri və bədxahları yenidən baş qaldıracaq.
 
Sabiq mədəniyyət naziri və Boris Consonun ən sədaqətli müttəfiqi olan Nadin Dorris bəyan edib ki, Sunakın ölkəni idarə etməyə "mandatı yoxdur" və növbədənkənar ümumi seçkilərin keçirilməsindən  yan keçmək "mümkün olmayacaq".
 
Sunakın özü millətə 90 saniyəlik müraciətində birbaşa xəbərdarlıq edib ki, parlament üzvləri "ya birləşməli, ya da ölməlidir". Lakin demək icra etməkdən asandır: Tori partiyası əsas məsələlər, o cümlədən "brekzit" və iqtisadiyyat  məsələləri üzrə parçalanıb.
 
Üstəlik, 2019-cu ilin ümumi seçkilərindən keçən müddət ərzində iki dəfə liderini dəyişəndən sonra ölkəni idarə etməyə mandat barədə getdikcə artan məsələlərlə üzləşən mühafizəkarlar Keyr Starmerin Leyboristlər Partiyasından ictimai rəy sorğularında xeyli geri qalır.
 
Özəl həyat: həddən artıq zəngin olmaq olarmı?
 
Rişi Sunak onun partiyadaşlarının parlamentdə səsverməsinə uyğun olaraq baş nazir seçilib. Nə Britaniya seçiciləri, nə də hətta Mühafizəkarlar Partiyasının sıravi üzvləri də ona səs verməyib, bu da onun hökumət başçısı kimi legitimlik məsələsini ortalığa qoyur.
 
Onun seçicilər arasında reytinqi bu ilin əvvəlində həyat yoldaşının vergi işləri və ABŞ-da viza statusu ətrafında yaranan səs-küydən sonra çox aşağı düşüb, bu da onun siyasi sadəlövhlüyünü göstərib.
 
Sunakın həyat yoldaşı Akşata Murti çoxmilyonlu sərvətin varisidir, müəyyən edilib ki, o, Böyük Britaniya qanunvericiliyində olan boşluqdan istifadə edərək vergilər ödəməyib. O zamandan dünya boyunca oz gəlirlərindən Britaniya vergilərini ödəyəcəyini vəd edib.
 
Sunak isə özünün ABŞ qrin-kartından imtina edib. Lakin ailənin nəhəng sərvəti son onilliklərin həyatın dəyərinin artdığı ən ağır böhranın qızğın çağında gələcək baş nazirin seçicilərlə ümumi dil tapmaq qabiliyyəti barəsində suallar doğurur. 
 
Sunak və onun həyat yoldaşı Böyük Britaniyanın ən zəngin adamlarından biridir, onların sərvəti Kraliça II Yelizavetanın sərvətindən çoxdur, bunu "The Washington Post" qəzeti yazır. Üstəlik, o, deyəsən, öz sərvətini gizlətməyi də lazım bilmir. 
 
Sunakın bədxahları onun dəyəri 3500 funt sterlinq olan kostyumlar geyinməyə meylini göstərir. Bir dəfə isə tikintidə dəyəri 490 funt sterlinq olan Prada çəkməsində görünüb. Cütlüyün həmçinin Londonda, onun Yorkşir parlament dairəsində, İngiltərədə və Koliforniyanın Santa-Monike şəhərində evləri var.
 
Bu ilin yayında Yorkşir seçki dairəsində Sunakın malikənəsində əyləncəli hovuz kompleksinin tikintisi üzrə aparılan işlər Britaniya mətbuatında sadə britaniyalıların kasıbçılıq vəziyyətilə müqayisə edilərək neqativ şəkildə işıqlandırılıb. 
 
O, həmçinin Consonun siyasi sonluğunda mühüm rol oynamış Partygate qalmaqalından zədəsiz çıxa bilməyib, onların hər ikisi koronavirus pandemiyası zamanı qanunsuz tədbiri ziyarət etdiklərinə görə polis tərəfindən cərimə olunub.

Tarix: 27-10-2022, 10:11
Xəbəri paylaş





Xəbər lenti