Marsda qədim okeanın izləri tapılıb



Pensilvaniya Universitetinin alimləri Marsda qədim şimal okeanının izlərini qeydə alıblar.
Araşdırmanın nəticələri “Journal of Geophysical Research: Planets” jurnalında təsvir edilib.
Qədim okeanın konturları planetin yeni topoqrafik xəritələri sayəsində aşkar edilib.
Müşahidələr göstərir ki, onun yaşı təxminən 3,5 milyard ildir.
2022-ci ilin oktyabrında Şimal-Qərb Universitetinin amerikalı mütəxəssisləri sübut ediblər ki, Marsda mikroorqanizmlər planetin səthi yaxınlığında əvvəllər düşünüldüyündən çox daha uzun müddət yaşaya bilər.



Tarix: 30-10-2022, 22:49
Xəbəri paylaş





Xəbər lenti