Otel otaqlarında gizli kameralar hara quraşdırılır?
“Bond Rees” şirkətinin şəxsi müstəntiqi və təhlükəsizlik üzrə eksperti Aaron Bond otel otaqlarında gizli kameraların haralara quraşdırıldığını açıqlayıb.Kameralar əsasən kondisionerlər, rozetkalar, qapı tutacaqları, yumşaq oyuncaqlar, saatlar, kitablar, rəsmlər və otaq bitkiləri arasında gizlədilir.
Mütəxəssisin sözlərinə görə, onlar çox kiçik ölçüdə olurlar: “Gizli kameralar sancaqlar və ya kiçik boltlar ölçüsündə olduqları üçün hər yerdə quraşdırıla bilər. Bu cihazları görmək çox çətindir. Amma onların daimi quraşdırıldığı otaq əşyaları var”.
Detektiv “casus cihazı”nı tapmağın ən sürətli yolunun telefonlardakı fənər olduğunu bildirib. Çünki bəzi smartfonlarda kameralar infraqırmızı şüalanmanı aşkar edə bilir. Bu da gizli işləyən cihazları tapmağa kömək edir.
Bond onu da əlavə edib ki, otaqda gizli kameraları axtaran qonaqlar "cinayətkarlar" kimi düşünməlidirlər. Əgər onlar belə qurğular aşkar edərlərsə, dərhal otel işçilərinə və ya sifariş platformasına məlumat verməlidirlər. \\Lent.az
Tarix: 14-12-2022, 21:52