Belarus prezidenti Aleksandr Lukaşenko üsyançı “Vaqner” dəstəsinin rəhbəri Yevgeni Priqojin ilə danışığının detallarını açıqlayıb.Təqdim etdiyim fraqment BBC tərəfindən təqdim olunub.
“Mən Putinə dedim: Biz Priqojini aradan götürə bilərik, bu, problem deyil. Birinci cəhddə olmasa da, ikinci cəhddə biz buna nail olarıq. Mən Putinə dedim: “Bunu etmə”.
Lukaşenko deyib ki, o, Priqojinə zəng etməyi təklif edib. Buna cavab olaraq Putin deyib: “Bax, Saşa, bunun heç bir xeyri olmayacaq, o, telefonu belə götürmür və heç kimlə danışmaq istəmir”.
“Mənə onun nömrəsini ver” dedim. Putin “çox güman ki, onun nömrəsi FSB-də var”, dedi.
Priqojinlə söhbətini təsvir edən Lukaşenko bildirib ki, “Vaqner” muzdlu ordusunun rəhbəri o vaxta qədər uğur qazanması səbəbindən eyforiya vəziyyətində olub.
Belarus liderinin sözlərinə görə, Yevgeni Priqojin ona deyib: “Biz ədalət istəyirik, bizi boğmaq istəyirlər, biz Moskvaya gedəcəyik”.
“Ona dedim ki, səni yolun yarısında böcək kimi əzəcəklər”...
Elbəyi Həsənli, Sürix