“Ruslara kral kimi yanaşırlar” - Polşalı turist Antalyada gördüklərindən hiddətlənib


Polşa sakini Türkiyədəki tətilini təsvir edib və hiddətləndiyini bildirib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Aqneşka adlı polşalı turist Antalyadakı kurortda rus dilinin üstünlük təşkil etməsindən narazılığını bildirib.

 
Qadının sözlərinə görə, kurortda hamı onun haradan olduğunu dəqiqləşdirmədən rus dilində salam verib. Digər şeylərlə yanaşı, demək olar ki, hər addımda Rusiya bayraqları yerləşdirilib.
“Ümumiyyətlə, Rusiyadan gələn turistlərə kral kimi yanaşırlar. Bu kurortda bir həftə qaldıqdan sonra məndə məhz belə təəssürat yaranıb”, - deyə Aqneşka əlavə edib.
O bildirib ki, Türkiyədə Rusiyadan gələn səyahətçilər “açıq qucaqla qarşılanır” və bütün bunlar, bəlkə də, Rəcəb Tayyib Ərdoğanın son seçkilərdə qalib gəlməsi ilə bağlıdır.
Qeyd edək ki, bu il Türkiyənin təril otülləri qiymətləri bahalaşdırsalar da, rus turustlərin axınına çox da təsir göstərməyib.
Tarix: 28-06-2023, 16:04
Xəbəri paylaş





Xəbər lenti