İş adamı Adnan Əhmədzadə Messiyə Azərbaycan xalçası ... FOTO/VİDEO


Azərbaycanlı iş adamı Adnan Əhmədzadə Lionel Messinin ad günündə iştirak edərək ona Azərbaycan xalçası hədiyyə edib.
"Ölkə.Az" xəbər verir ki, “Əjdahalı” kompozisiyasında icra olunmuş bu ipək xalça “Azərxalça” ASC istehsalı olub.

Qeyd edək ki, Azərbaycan xalçaçılıq məktəbinin ən geniş yayılmış nümunələrindən olan “Əjdahalı” xalçaları qədim və zəngin tarixə malikdir. Şərq aləmində “Əjdaha” evin, ocağın şər qüvvələrdən qorunmasını simvolizə edən motiv  nümunələridir. Xalçanın kompozisiyasının şərhinə gəldikdə isə, "Əjdaha” təsvirli xalçaların əsas sahəsi qırmızı, bəzən mavi və ya qəhvəyi rənglərin ahəngdar  bölgüsündən ibarətdir. Kəsişmə xətləri və kənarları böyük palmetlərlə örtülmüş dişli  yarpaqlarla əhatələnir. Xalçaların üzərlərində stilizə olunmuş əjdaha təsvirləri naxışlar vasitəsilə verilir. “Əjdaha” simvolu olan naxış və elementlər  bütün şərqdə çox qədimdən mövcud olsa da, ilk “Əjdahalı” xalçalar Səfəvilər  dövründə yaranıb. 
Qeyd edək ki, Azərbaycanlı iş adamı Adnan Əhmədzadə Lionel Messinin ad günündə iştirak edərək, ona Azərbaycan xalçası hədiyyə edib və bu xalça məhz “Azərxalça” ASC istehsalı olan xalçadır.



Tarix: 4-07-2023, 23:32
Xəbəri paylaş





Xəbər lenti