Bakıda Böyük Mason Lojasının məclisi keçirilib – Azərbaycan, Rusiya və ABŞ-dan olan Ustadlar nəyi müzakirə edib?


Bakıda Azərbaycan Milli Böyük Mason Lojasının 15-ci yubiley Assambleyası keçirilib. Azpost.info bildirir ki, bu barədə Rusiya Böyük Mason Lojasının rəsmi səhifəsində məlumat verilib.
 
Təntənəli toplantı iyulun 7-də “Hyatt Regency”” otelinin konfrans zalında baş tutub.
 
“Hyatt Regency” otelində keçirilən məclisdə Azərbaycan, Rusiya və Vaşinqton Böyük Masterləri iştirak edib.
 
Mərasimdən paylaşılan fotoda Azərbaycan Milli Böyük Lojasının Məclisində iştirak etmiş  Azərbaycan, Rusiya və Vaşinqtonun masterləri əks edilib.
 
Dünyanın müxtəlif ölkələrindən olan loja üzvləri Azərbaycana gəlib. Onların içində Rusiya Mason Lojasının nümayəndə heyəti də yer alıb.
 
Azərbaycanda Azad Masonluğun qurulması layihəsi Vashinqtonda qəbul olunmuş “Azerbaijan Lodge No.2001″in yaradılması ilə başlayıb. Bir il sonra Vashinqton D.C. Böyük Lojası layihəyə qatılmaq üçün Moskva Böyük Lojasını dəvət edib. “2002-ci ildə onlar Moskvada “Drujba No.24” lojasını yaratdılar. 2003-cü ildə sıx dostluq əlaqələrinin nəticəsi olaraq, Vashington D.C. Böyük Lojası Türkiyənin “Nur Lodge 2000” Böyük Lojası ilə birlikdə Ankarada Demir Savaşçı tərəfindən icarəyə alınan “Xəzər Lojası No.1000” layihəsini yaratdılar”-deyə “Azərbaycan Milli Böyük Lojası” nın rəsmi açıqlamasında vurğulanıb.
 
2001-2008-ci illər aralığında Azərbaycan Milli Böyük Lojasının yaradılmasına hazırlıq məqsədilər bir çox qonaqlar Bakıya səfər edib. Bu müzakirələrdən sonra  2008-ci ildə lojanın yaradılmasına qərar verilib. Bunun ardından Vashinqton D.C. Böyük Lojası region olaraq Bakıda fəaliyyət göstərəcək “Baku Lodge No.2008″i yaradaraq Böyük Lojanın yaradılması istiqamətində hazırlıq işlərinə başlayıb. Xüsusi qeyd etmək lazımdır ki, bu qurumun yaradılması prosesində  Rusiya Böyük Lojasının köməyi olub və çətin layihənin bütün səylərini dəstəkləyib.
 
5 dekabr 2008-ci ildə Böyük Ustadların və Böyük katiblərin görüşündə Vashington D.C. Böyük Lojası, Rusiya Böyük Lojası, Türkiyə Böyük Lojası və layihənin təsisçisi Robert Bağır Heyyət arasında Parisdə toplantı keçirilib. Nəticədə Fransa Böyük Lojasının illik əlaqələri ilə yeni Azərbaycan Milli Böyük Lojasının xüsusi məqsədləri qəbul edilib.
 
Toplantının sonunda protokol imzalanıb və növbəti həftə 9 dekabrda Bakıda təsis  üçün razılıq əldə edilib. 9 dekabr 2008-ci ildə  Azərbaycan Milli Böyük Lojasının təşkilati toplantısı çağırlaraq Vashington D.C. Böyük Lojası və Rusiya Böyük Lojası tərəfindən Robert Bağır Heyyət ilk Hörmətli Böyük Ustad elan olunub. Həmin iclasda Robert Bağır Heyyət öz Böyük Loja işçilərini elan edib. Növbəti gün dekabrın 10-da Azərbaycan Milli Böyük Lojasında ikinci toplantı keçirilib və təsis lojası, möhtərəm ustadlar və işçilərin qəbul etdiyi yeni nizamnanə Böyük Ustad tərəfindən elan edilib.
Tarix: 8-07-2023, 23:26
Xəbəri paylaş





Xəbər lenti