İndi sizə təqdim edəcəyim 15 icra başçısının ən böyüyünün 76, ən balacasının isə (hərçənd ki, o boyda icra başçısına adamın “balaca” deməyə dili də gəlmir) 65 yaşı var. Bunların ümümi yaşı 1032 eləyir. Başçı kimi əmək fəaliyyətinə gəlincə isə onların ən çoxunun 29, ən azının 4 il stajı var. (Heyif ki, 4 il stajı olan bu başçını yaşına görə siyahıdan çıxara bilmirəm). Bu da eləyir 272 il staj…Aşağıda adları çəkilən icra başçılarının çoxunun bəlkə də, yadından çıxıb ki, onlar icra başçısıdırlar. Kabinetdə hər gün mürgüləyən bu başbilənlər düşünürlər ki, onlar ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayırlar.
Saytların birində gördüyüm bu siyahıya başçıların iş stajını da əlavə edib yaş ardıcıllığı ilə təqdim edirəm:
- Zaqatala rayonunun icra başçısı Mübariz Əhmədzadə – 76 yaşı var, 16 ildir başçıdır.
- Şuşa şəhərinin icra başçısı Bayram Səfərov – 72 yaşı var, 14 ildir başçıdır.
- Qobustan rayonunun icra başçısı Adil Məmmədov – 71 yaşı var, 29 ildir başçıdır.
- Xocalı rayonunun icra başçısı Şahmar Usubov – 70 yaşı var, 23 ildir başçıdır.
- Ağcabədi rayonunun icra başçısı Rafil Hüseynov – 70 yaşı var, 11 ildir başçıdır.
- Qubadlı rayonunun icra başçısı Malik İsaqov – 70 yaşı var, 22 ildir başçıdır.
- Ağdaş rayonunun icra başçısı Tofiq İbrahimov – 69 yaşı var, 19 ildir başçıdır.
- Siyəzən rayonunun icra başçısı Novruz Novruzov – 69 yaşı var, 28 ildir başçıdır.
- Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov – 69 yaşı var, 18 ildir başçıdır.
- Füzuli rayonunun icra başçısı Alı Alıyev – 68 yaşı var, 12 ildir başçıdır.
- Zərdab rayonunun icra başçısı Mərdan Camalov – 67 yaşı var, 18 ildir başçıdır.
- Bakı şəhərinin icra başçısı Eldar Əzizov – 66 yaşı var, 23 ildir başçıdır.
- Hacıqabul rayonunun icra başçısı Rüstəm Xəlilov – 65 yaşı var, 4 ildir başçıdır.
- Qusar rayonunun icra başçısı Şair Alxasov – 65 yaşı var, 16 ildir başçıdır.
- Şirvan şəhərinin icra başçısı İlqar Abbasov – 65 yaşı var, 19 ildir başçıdır.
KONKRET.az
P.S. Qeyd edim ki, yuxarıda adları çəkilən icra başçıları başçı olana qədər də pis vəzifələrdə çalışmayıblar…