Ölkələr və şəhərlər haqqında maraqlı faktlar... - Fotolar

 
 

Dünyanın bir sıra ölkə və şəhərləri maraqlı faktları ilə diqqət çəkir.

 Musavat.com xarici KİV-lərə istinadən onlardan bir neçəsini təqdim edir:

- Şanxay 24 milyon əhalisi ilə dünyanın ən sıx şəhəridir.

- Dünyanın ən az insan məskunlaşdığı şəhəri isə Vatikandır. Son siyahıyaalmaya görə şəhərdə cəmi 900 nəfər yaşayır.

- ABŞ-dakı "Ölüm Vadisi Milli Parkı" isə dünyanın ən isti yeridir. Ərazidə temperatur 56 dərəcəyə çatır.

- Şərqi Antarktika Yaylası isə dünyanın ən soyuq bölgəsidir. Bu bölgədə qeydə alınan ən aşağı hava temperaturu Selsi üzrə -135 dərəcədir.

- Dünyanın ən hündür nöqtəsi Everest zirvəsidir. Dağın zirvəsi dəniz səviyyəsindən 8848 metr yüksəklikdədir.

- Honq-Konq ən ağıllı insanların yaşadığı bölgədir, orta İQ 107-dir.

- Ekvatorial Qvineya isə zəka səviyyəsi ən aşağı olan insanların yaşadığı yerdir, orta hesabla 59 IQ.

- Dünyanın ən dərin bölgəsi Yaponiya, Filippin və İndoneziya üçbucağının ortasında yerləşən "Mariana xəndəyi"dir. Bu bölgə dəniz səviyyəsindən 11 min metr aşağıda yerləşir.

- Hollandiyanın Qroningen şəhəri velosipeddən ən çox istifadə edilən yerdir. Belə ki, Qroningen sakinlərinin 50%-i velosipedlə səyahət edir.

- Amerika Birləşmiş Ştatları dünyanın ən çox qida istehlak edən ölkəsidir.

- Suriyada yerləşən Dəməşq 11000 illik tarixə malik dünyanın ən qədim şəhəridir.

- Atmaca səhrası isə dünyanın ən quraq yeridir.

- Ən çox spirtli içki istehlak edən ölkə Belarusdur. Bu ölkədə adambaşına 17,5 litr spirt düşür.

- Qərbi Afrikada kiçik bir ölkə olan Sierra Leonedə insanların orta ömür uzunluğu kişilər üçün 47, qadınlar üçün isə 48 yaşdır.

- Monako isə ən uzunömürlü insanların yaşadığı yerdir. Kişilər üçün orta ömür 85 il, qadınlar üçün isə 89 ildir.

- İslandiyada yerləşən Reykyavik şəhəri dünyada ən az elektrik enerjisi istehlak edən şəhərdir. Belə ki, geotermal elektrik stansiyaları şəhəri elektrik enerjisi ilə təmin edir.

- Yaponiyanın paytaxtı Tokio dünyanın ən zəngin şəhəridir.

- Dünyanın ən kasıb şəhəri isə Konqo Demokratik Respublikasının paytaxtı Kinşasadır.

- Dünyada ən az populyar ölkə 54% mənfi rəylə İrandır.

- Nigeriya insanların ən çox stresli olduğu ölkədir. Bu məsələdə korrupsiya, işsizlik və yoxsulluğun böyük payı var.

- Nigeriyadan fərqli olaraq Norveç ən az stress keçirən insanların evidir.

- Homoseksualları ən çox sevən ölkə İspaniyadır. İctimaiyyətin 87%-i homoseksual düşüncələrə müsbət yanaşır.

- Nyu-Yorkdakı "Guggenheim" muzeyi dünyada ən çox fotoşəkil çəkilən yerdir.

- Ən böyük internet infrastrukturuna malik şəhər Cənubi Koreyanın paytaxtı Seuldur. Şəhərin 10 min müxtəlif yerində simsiz internet bağlantısı mövcuddur.

- İsveç dünyada ən çox kofein istehlak edən ölkədir.

- Dünyanın ən çox ziyarət edilən şəhəri İngiltərənin paytaxtı Londondur. Məlumata görə hər il Londonu 19 milyon insan ziyarət edir. Bu səfərlərdən ölkə hər il 19,3 milyard dollar gəlir əldə edir.

- Cənubi Sudan isə dünyanın ən gənc əhalisi olan ölkədir.

 









Tarix: 23-07-2023, 16:06
Xəbəri paylaş





Xəbər lenti