Xəbər verdiyimiz kimi, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib. Məlumata görə, partiya sədri ilkin olaraq Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Hazırda iş üzrə müvafiq istintaq hərəkətləri həyata keçirilir. Q.İbadoğlunun gün ərzində məhkəməyə çıxarılacağı gözlənilir.Türkiyə mediası isə partiya sədrinin Azərbaycanda FETÖ-ya qarşı keçirilmiş əməliyyat çərçivəsində saxlandığını yazıb. Bundan başqa, əməliyyat nəticəsində başqa 4 azərbaycanlı da saxlanıb. Onlar FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, “Yurd” mərkəzinin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh şəxs Anar Əliyevdir.Bəs FETÖ əməliyyatı nəticəsində həbs edildiyi iddia olunan Qubad İbadoğlu kimdir?
SİAM.AZ Musavat.com-a istinadla siyasətçinin dosyesini təqdim edir:Qubad İbadoğlu 1971-ci ildə Füzuli rayonunun Aşağı Güzdək kəndində anadan olub. 20 ilə yaxın müddətdə Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi təhlil" kafedrasında çalışıb. 2004–2005-ci tədris ilində Budapeştdə Mərkəzi Avropa Universitetində, 2008–2009-cü tədris ilində Çapel Hilldə ABŞ-nin Şimali Karolina Universitetində, 2015–2016-cı tədris ilində Dürhamda ABŞ-nin Dyuk Universitetində, 2017–2018-ci tədris ilində Prinsetonda ABŞ-nin Qabaqcıl Tədqiqatlar İnstitutunda, 2018–2021-ci tədris illərində Nyu-Bransuikdə ABŞ-nin Ratqers Universitetində elmi tədqiqatlarla və pedoqoji fəaliyyətlə məşğul olub. 2002-ci ildən 2012-ci ilədək İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri olub. 2007-ci ildən İctimai Birliklərin Mədən sənayesində şəffaflığın artırılması Koalisiyasının əlaqələndiricidir. 2008-ci ildə qərargahı Londonda yerləşən "Ödədiyini Açıqla" Beynəlxalq Koalisiyasının Strateji Məsləhət Qrupunun, 2009-cu ildə qərargahı Buxarestdə yerləşən Qara Dəniz QHT Forumunun İdarə Heyətinin, 2013–2019-cu illərdə qərargahı Osloda yerləşən Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin üzvü olub.
Qubad İbadoğlu Müsavat partiyasının divan üzvü olub. 2014-cü ilin sentyabrında partiyanın sədrliyinə keçirilən seçkilərdə iştirak edərək 228-ə qarşı 200 səs toplayaraq Arif Hacılıya məğlub olub. 2015-ci il fevralın 6-da Müsavat partiyasından xaric edilib.
2015-ci il fevralın 21-də Azərbaycan Demokratiya və Rifah Hərəkatının təsis qurultayında Hərəkatın sədri seçilib. 17 oktyabr 2021-ci ildə isə tarixində onlayn olaraq 88 nümayəndədən 82-sinin iştirakı ilə keçirilən qurultayda hərəkat rəsmi olaraq Azərbaycan Demokratiya və Rifah Partiyasına çevrilib və o, partiyanın sədri seçilib.
Onu da qeyd edək ki, bu ayın əvvəlində İngiltərə və Uels üçün Xeyriyyə Komissiyası Böyük Britaniyanın paytaxtı Londonda təsis olunmuş Azərbaycan Gənclərinin Təhsil Fondunu qeydiyyata alıb. Fondun təşkilatçıları arasında Qubad İbadoğlu da var. O qeyd edib ki, Azərbaycan Gənclərinin Təhsil Fondunun başlıca məqsədi gənclərin xaricdə təhsil almasına, gənc alimlərin araşdırmalarını beynəlxalq elmi konfranslarda təqdim etməsinə dəstək verməkdir:
"Söhbət təşkilati, məsləhət və maliyyə formatlı dəstəkdən gedir. Əsas maliyyə mənbəyi kimi ianələr nəzərdə tutulur. Fondun digər təsisçiləri Milli Şurasının fəxri sədri Cəmil Həsənli, sabiq səfir diplomat Arif Şahmarlıdır (Məmmədov).
Qeyd edək ki, Qubad İbadoğlu Azərbaycan Milli Məclisinin VI çağırış deputatı Vüqar Bayramovun böyük qardaşıdır.Allah qapısını açsın!