Ukraynada iki fərqli həyat: bəziləri cəbhədə, bəziləri hovuzda

Ukraynada iki fərqli həyat: bəziləri cəbhədə, bəziləri hovuzda
Ukraynanın paytaxtı Kiyevdə gənclərin klublarda, hovuzda əylənməsi görüntüləri narazılıqla qarşılanıb.

Bakupost.az xəbər verir ki, Ukraynanın şərqində qarşıdurmaların şiddətləndiyi bu günlərdə ölkədə iki fərqli həyat diqqət çəkir.

Əsgərlər cəbhədə vuruşarkən, xüsusən də paytaxt Kiyevdə həyat əvvəlki axarına qayıdıb.

Kiyevin ən dəbdəbəli klublarından biri olan “Fifty Beach Club” sosial media hesabında hərbi yaşda olan sağlam imkanlı gənclərin qəlyan içməsi, spirtli kokteyllər qəbul etməsi və günəşlənməsi ilə bağlı videolar paylaşıb.

Görüntülərdə sanki ölkədə müharibə yoxmuş kimi, gənclər hovuzda əylənərək kef edirlər. Həmin görübtülər ölkədə narazılıqla qarşılanıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 1,5 ili arxada qoyub.

Müharibə minlərlə insanın ölümünə, daha çox yaralanmasına və milyonlarla qaçqına səbəb olub.


Tarix: 7-08-2023, 13:24
Xəbəri paylaş





Xəbər lenti