"Ukraynadan olan qaçqın qadınlar Polşanın nikah bazarında rəqabət yaradır" - yeni təqdiqat


"Bəzi ukraynalı qadınlar üçün polyakla münasibət təhlükəsizlik və sabitlik zəmanəti ola bilər..."
 

"Ukraynalı qadınlar əməksevər, ağıllı və təhsillidir, özlərini müdafiə edə bilir..."
 
Varşava Universitetinin son tədqiqatına görə, Polşada Putinin törətdiyi müharibə səbəbindən ölkəni tərk edib Polşaya gələn Ukrayna qadınlarına qarşı getdikcə ehtiyat etməyə başlanılıb.  
 
Ən çox əsəbilik keçirən Polşa qadınlarıdır, onları narahat edən Ukrayna qadınlarının nikah bazarında həddən artıq rəqabət yaratmasıdır.
 
Moderator.az xəbər verir ki, bu barədə Polşanın "Wyborcza" nəşri yazıb.
 
Nəşrin yazdığına görə, sosial şəbəkələrdə Polşa kişiləri ilə Ukrayna qadınları arasında ailə qurulmasına yönələn bir çox elan və qruplar üzə çıxıb . 
 
"Ukraynalı qadınlar polyakla tanış olur", "Tənha ukraynalılar Polşada", "Ukraynalı qadın polyak ər axtarır", "Polyak ukraynalı həyat yoldaşı axtarır", - belə qruplar tez bir zamanda minlərlə adam toplayır.
 
Polşa Miqrasiya Forumunun prezidenti Aqneşka Kosoviç qeyd edir ki, Polşaya müharibədən qaçan bəzi qadınlar üçün polyakla münasibət təhlüləsizlik və sabitlik zəmanəti ola bilər.
 
Lakin ekspert əmin edir ki, Polşa kişiləri arasında Ukrayna qadının evdar qadın roluna üstünlük verən itaətkar həyat yoldaşı olması barədə yayılmış stereotip həqiqətdən uzaqdır.
 
"Mənim Ukrayna qadınları ilə iş təcrübəm göstərir ki, onlar əməksevər, ağıllı və təhsilli qadınlardır və özlərini müdafiə edə bilir", - Kosoviç vurğulayıb.
 
Nəşr iddia edir ki, hazırda Polşada təxminən 1, 2 milyon ukraynalı qaçqın var, onların əksəriyyəti qadınlardır. Onların heç də hamısı doğma vətənində ərlərini tərk etməyib, bir çox ukraynalı qadınlar əvvəllər də münasibətdə olub, digərləri yenicə münasibət qurur.
 
Gənc Polşa qadınları arasında təhlükə hissi xeyli dərəcədə güclənib, bunu Varşava Universiteti siyasi elmlər və beynəlxalq tədqiqatlar fakultəsinin sosioloqları tərəfindən aparılan son tədqiqat sübut edir.
 
"Ukraynadan olan qaçqınlar, miqrantların və Polşa dövləti tərəfindən görülən fəaliyyətin sosial qavrayışı" adlı sorğuda 16-65 yaşlarında olan 600 nəfər iştirak edib. Məhz 29 yaşadək orta və ya ali təhsilli qadınlar qrupunda Ukrayna qaçqınlarına qarşı mənfi münasibət aşkar edilib.
 
"Birincisi, buna səbəb əmək bazarında həddən çox rəqabət qorxusudur. İkincisi, Ukraynadan olan qaçqın qadınların potensial ərlərinin əllərindən alınma təhlükəsidir", - sosioloqlar deyib.
 
Onlar həmçinin müəyyən edib ki, getdikcə daha çox polyak hesab edir ki, ukraynalılar Polşa vətəndaşları kimi sosial güzəştlər hüququna malik deyil və ukraynalı qaçqınlara maliyyə yardımı etməyin əleyhinə çıxış edir.
 
"Belə mühalizələr bilgizislikdən və faktları anlamamaqdan irəli gəlir. Hər şey əksinədir: ukraynalılar əməksevərdir, onlar özləri üçün qazanır və Polşaya böyük gəlir gətirir. Ukraynalılar onlara göstərilən bütün dövlət xərclərini özləri ödəyir", - Aqneşka Kosoviç deyib.
Tarix: 11-08-2023, 08:00
Xəbəri paylaş





Xəbər lenti