"Kim hansı vəzifə üçün uyğundur, bunu hesablama apardıqdan sonra müəyyən etmək olar" - Video


"Rəqəmlər həyatımızda böyük rol oynayır. Doğum tariximiz, sevdiyimiz rəqəm, yaşadığımız ünvanda olan rəqəmlər, adımızdakı hərflərin sayı və s. rəqəmlər birbaşa həyatımıza təsir edir. Doğum günü hesablamamızı həyata keçirməklə bizim üçün uğurlu olan rəqəmləri müəyyən etmək mümkündür. Məsələn, bəzən çox sevdiyimiz rəqəm bizim üçün uğursuz da ola bilər. Rəqəmlərin karyera seçimində də, müəyyən rolu var. Yəni biz bizim üçün uyğun olan peşə və ixtisasları hesablamamızı apardıqdan sonra istiqamətləndirmək olar".

Qafqazın yeganə numeroloqu Xəyal Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, rəqəmlərlə birbaşa ixtisas və peşəni müəyyən etmək mümkün olmasa da, şəxslərin hesablamaları aparıldıqdan sonra onlar üçün hansı istiqamətdə işlərin daha uyğun olduğunu müəyyən etmək olar.
"Kim kabinet işi vəzifə üçün uyğundur və ya kim xidmət işi üçün uyğundur, bunu hesablamalar apardıqdan sonra müəyyən etmək olar" - deyə numeroloq qeyd edib.
Xəyal Məmmədovun mövzu ilə bağlı açıqlamasını Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

Tarix: 30-08-2023, 16:10
Xəbəri paylaş





Xəbər lenti