Planetimizin “Cəhənnəm qapılarından” biri: Yandırıcı turşu, qaynayan kükürd və qızğın buxarlı bulaq - FOTO
Planetimiz heyrətamizdir və bir çox möhtəşəm yerləri, mənzərələri və canlıları ehtiva edir. Belə xüsusi ərazilərdən biri Efiopiyanın şimalında yerləşən Danakil çökəkliyidir.Çökəkliyin səthi yandırıcı turşu hovuzları, kükürd bulaqları və qızğın buxar şleyfləri ilə örtülüb, buna görə də boşluq “Cəhənnəm Qapısı” kimi də tanınır.
NASA-nın Yer Rəsədxanasının məlumatları göstərir ki, çökəkliyin daim batmaqda olan landşafti bir gün su ilə dolacaq və böyük bir göl, hətta bəlkə də yeni bir okean meydana gətirəcək.
Alimlər onu da qeyd edirlər ki, bu gün Danakil çökəkliyi hündürlüyü təxminən 287 metr olan Qada Ale vulkanının ocağıdır. O, həm də Erta Ale vulkan zəncirinin bir hissəsidir.
Bu yer həm də Dallol kükürd bulaqları ilə tanınır. Alimlər qeyd edirlər ki, yerli kolorit dəniz suyu və vulkanik minerallar, o cümlədən kükürd, mis və dəmiri birləşdirən unikal relyeflə bağlıdır. Çökəklikdən xlor və kükürd qarışıqlarının püskürməsinə baxmayaraq, tədqiqatçılar hələ 2017-ci ildə Dallol sularında həyatın ola biləcəyini kəşf ediblər. Belə ki, məlum olub ki, yerli sularda “poliekstremofillər” kimi təsnif edilən bakteriyalar yaşayır - onlar eyni vaxtda duzluluğa, turşuluğa və həddindən artıq temperatura davamlıdırar.
Mavi lava və parlaq sarı bulaqları olan Danakil çökəkliyi çoxdan turistlərin sevimli yerinə çevrilib. Lakin əvvəlki əsrlərdə bu ərazidən insanlar əllə duz çıxarmaq üçün istifadə edirdilər.
Qeyd edək ki, Türkmənistanda və Rusiyada (Bataqayka krateri) da “Cəhənnəm qapıları” adlı yerlər var.
Mənbə: Focus.ua
Tarix: 3-09-2023, 14:25