“1918-1920-ci illər çox mürəkkəb dövr idi. Birdən-birə Şərqdə ilk dəfə demokratik dövlət quruldu. Hər şey onda təbii və saf idi. Əlbəttə, öz daxillərində çəkişmələr gedirdi. Xüsusilə Məhəmməd Əmin Rəsulzadənin liderliyinə qarşı çıxanlar var idi. Məsələ burasındadır ki, ümummilli məsələdə hamısı yekdil idi. Birdən-birə çarizmdən, imperializmdən demokratik dövlət quruculuğuna keçdilər. Hər şey yenidən yaranırdı, təzə yaranan hər şey saf olur. Böyük ziddiyyətli dövr idi. 1918-ci ildə ruslar, ermənilər, daşnaklar Azərbaycan uğrunda mücadilə aparırdılar. Biz o qədər ürəyiaçıq xalqıq ki, həmişə deyirəm, 1905-ci ildə bunlar qırğınları gördülər, bəs niyə 1918-ci ildə ermənilərə elə imkan verdilər? Bu, böyük bir siyasət idi, erməni işi deyildi. Həmişə digər toplumlardan beynəlxalq imperialistlər, böyük dövlətlər pərsəng kimi istifadə ediblər. 1918-ci ildə də belə oldu. Nəriman Nərimanovun Leninə məktubu var. Çox mənalı məktubdur. Nərimanov Leninə deyir ki, “müstəqil Azərbaycan” sözü sizin ağzınızdan çıxmamışmı, əziz Vladimiroviç? Lenin Nərimanovu aldatdı. O, böyük revanşist idi. Əslində Marks və Engelsin yaratdığı sosializm-kommunizm nəzəriyyəsi permanent inqilab nəzəriyyəsi idi. Yəni tədricən siyasi-iqtisadi inkişaf elə bir həddə çatmalı idi ki, dövlət varlanmalı idi. Amma Lenin buna imkan vermədi, tarixin gedişini öz adına çıxarmaq üçün inqilab etdi. Bu inqilabın xalqlara, ən çox da türk xalqlarına böyük zərbəsi oldu. Hazırda da türk milləti dünyada 40 adda yaşayır. Bu, türkçülüyə qarşı böyük siyasət idi”. Bu sözləri
Pravda.az-a müsahibəsində Əməkdar elm xadimi, professor
Nizaməddin Şəmsizadə deyib.
O bir sıra tarixi faktları da şərh edib: “Nəriman Nərimanov Abdulla Şaiqin böyük qardaşı Yusif Ziya Talıbzadəni Naxçıvana hərbi komissar təyin etmişdi. Talıbzadə həm də böyük din xadimi, alim, filosof idi. Amma böyük vəzifədən qaçıb Türküstana getdi, Ənvər Paşaya qoşuldu. Ənvər Paşa da o vaxtlar Türkiyədən inciyib getmişdi. Hər ikisini ermənilər orada güllələdilər. Ənvər Paşa Osmanlı dövlətinin gənc ədliyyə naziri olanda Azərbaycanın böyük ziyalıları Nağı bəy Şeyxzamanlı və Ömər Faiq Nemanzadə onunla görüşə getdilər. Ənvər Paşaya dedilər ki, bizə ordu ver, bolşevik-daşnaklar bizi qırır. Ənvər Paşa başqa adam göndərmək istəyirdi. Ondan xahiş edirlər ki, böyük qardaşın Nuru Paşanı göndər. 1918-ci ildə Nuru Paşa gəlir, Bakıda ermənilən başına "itin oyununu" gətirir. Nərimanov çox mübarizə apardı. Nərimanova demişdilər ki, demokratik cümhuriyyətə toxunmayacaqlar, milli dövlət kimi qalacaq. Amma gəlib bəzilərini güllələdilər, bəziləri həbs olundu, bəziləri isə mühacirətə getdi. Məhəmməd Əmin Rəsulzadə o vaxt Əliheydər Qarayevə demişdi ki, bir zaman sənin bolşevik dostların səni divara dayayıb güllələyəndə məni yada salarsan. Belə bir qarışıq dövr idi, “it yiyəsini tanımırdı”. Yaxşı deyiblər, bu gün fərman verən sabah can verir. Fərman verəni səhər güllələyirdilər. Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əliqulu Qəmküsar kimi Azərbaycan ziyalıları çox böyük demokratik mübarizə apardılar. Dövlət yox idi, məhv olmuşdu, amma millət, xalq var idi. Qəmküsar yazırdı ki, bir üzüm qaradır, bir üzüm sarı, Allah da götürməz bu ahu-zarı... X əsrdə ruslar Dərbənd sahillərinə çıxan gündən Azərbaycan Rusiya tərəfindən işğala məruz qaldı. Ömür boyu bizi işğala məruz qoyublar. Bu barədə geniş məqaləm var. 20 il əvvəl yazdığım “Azərbaycançılıq” kitabında Azərbaycanın bütöv xəritəsini vermişəm. Ta Hindistana qədər gedib çıxır. Bir yanı Dərbənd, bir yanı Borçalı, Göyçə... Biz həmişə parçalanmışıq. Kitabın annotasiyasında belə bir cümlə var: Azərbaycan infarkt keçirmiş ürəyə bənzəyir, taleyin amansız zərbələrindən parça-parçadır, onun əlacı millətin birliyidir. Bu millət də birləşə bilmir. Allaha şükür ki, erməniyə qarşı mübarizədə birləşdik. Çox böyük qələbədir, amma bunu qoruyub-saxlamaq lazımdır, aldanmaq yox. Sapı özümüzdən olan baltalar var. Azərbaycanlı qiyafəsində, Azərbaycan dilində danışır, hətta bu dildə dua edir, amma görürsən ki, altdan-altdan ora-bura işləyir. Bu saat ən böyük fəlakət erməni fəlakəti deyil. Erməni bir dəstəvuzdur. Nə qədər ki Türkiyə yanımızdadır, erməni bizə bata bilməz. Ruslar da Türkiyədən qorxur...”
N.Şəmsizadə Azərbaycanda din adı altında xurafatla məşğul olanlara da diqqət çəkib: “İslam dini müqəddəs dinimizdir, ulu peyğəmbərimiz ən demokratik adam idi. Amma xurafat, mövhumat baş alıb gedir. Azərbaycanda hicablılar doludur, qara-qara çadralar örtürlər. Bu, nəyə xidmət edir? Biz məscidlər tikməklə məşğuluq, məktəblər, istehsalat zavodları, müəssisələr tikmək, mövhümatçıları ölkədən qovmaq lazımdır. Din adından istifadə edirlər. Gördünüz, İranda nə oldu? Bizdə dinin İran variantı var. Ərəblər dini yaratdılar, türklər yaşatdılar. Bunu həmişə yazmışam. Din ərəblərdə bu cür deyil. Türklər İslam dinini ilahi bir elm kimi qəbul etdilər. Biz başlamışıq mövhümatla məşğul olmağa... Bu ölkəni qara pərdədən, mövhümatdan xilas etmək lazımdır. 1918-1920-ci illərdə də, təxminən, belə idi. Bir yandan islamçılar, bir yandan ruspərəstlər dolu idi. Bakıya 1972-ci ildə gəlmişəm. O vaxt Bakının ən yaxşı yerlərində ermənilər yaşayırdı. İstanbula getdim, orada bir gözəl məhəllə göstərdilər, erməni qadının idi. Təbrizə getdim, orda da ən yaxşı küçədə ermənilər yaşayırdı. Nə oldu o ermənilərə? Bəzilərimiz bir erməni qızına bütün milləti satar. Ermənilər də bunu bilirlər. Fridrix Engels “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi” əsərində yazır ki, dünyada ilk fahişələr erməni qadınları olub. Ermənilər həmişə özlərindən qabağa arvadlarını buraxıblar. Vətən müharibəsində də bunu gördük. Çünki bunlarda kişilik, qeyrət yoxdur. Əmir Teymur deyib ki, ermənilərin hamısını qırardım, amma bu rəzil toplumu saxladım ki, bəşəriyyət görsün, bu necə toplumdur. Ay kişi, qırardın də. Vətən müharibəsi dövründə yazdığım məqalədə qeyd etdim ki, Əmir Teymurun səhvini İlham Əliyev düzəltdi. Erməni milləti vaxtında qırılmalıdır, yoxsa mümkün deyil. Demokratik Cümhuriyyət dövründə də suyu bulandıranların hamısı elə ermənilər idi. Türkiyədə də, burda da. Terrorçudurlar. Bunların işi-peşəsi terrorla, fahişəliklə, bir də rüşvət verməklə irəli getməkdir. Bu saat Fransaya rüşvət verirlər. O dəfə göstərirlər ki, NATO-nun keçmiş baş katibi ermənidən rüşvət alır. Bu nə qədər olacaq?”
Tarix: 7-09-2023, 11:13