NONSENS: 10 ildir ABŞ-da yaşayır, Azərbaycanda maşını yoxdur, amma burada külli miqdarda cərimə olundu!

 
Məlum olduğu kimi Mirzə Ələkbər Sabirin oğul nəvəsi (“Azadlıq” qəzetinin keçmiş baş redaktoru) Gündüz Tahirli Bakıda yaşamadığı halda burada külli miqdarda cərimə olunub. Bu nonsensi aydınlaşdırmaq üçün Gündüz Tahirliyə müraciət etdik. Bu, necə baş verib?
Sabiq baş redaktor sualımıza aşağıdakı cavabı verdi:
"10 ilə yaxındır ABŞ-da daimi yaşayıram, Azərbaycanda maşınım yoxdur, Bakıda ümumiyyətlə, maşın sürməyə ehtiyat edirəm və orada əsasən metro və avtobus, nadir hallarda taksiylə hərəkət edirəm. Odur ki, ilk olaraq bu məlumatı oxuyanda bir az gülməli gəldi.
gunduz-tahirli.jpg (7 KB)
Amma məlumat artaraq yayıldığı üçün maraqlanmağa başladım və qəribə bir situasiya ortaya çıxdı.
Hələ 2000-ci illərin əvvəlində Bakıdakı şirkətimin “Oka” markalı maşınları olub və təxminən eyni illərdə də satılıblar. O zamanlar maşın alqı-satqısı praktikası belə idi ki, satıcı alıcıya "Baş Etibarnamə" verirdi və alıcı sonradan mülkiyyəti öz adına qeydiyyatdan keçirirdi.
İndi bəlli olur ki, o alıcılardan biri maşını öz adına qeydiyyata salmayıb və bir müddətdən sonra da vəfat edib. 20 ilə yaxın bir müddətdə maşını mərhumun oğlu idarə edib, üst-üstə yığılan cərimələri ödəməyib və ilkin məlumatlara görə, ödəmək niyyəti də yoxdur. Cərimələin məbləği haqda anlayışım yoxdur, amma ehtimal edirəm ki, az deyil.
Maraqlı burasıdır ki, son 10 ildə ASAN Xidmətdə dəflərlə pasport, şəxsiyyət və sürücülük vəsiqəsi yeniləmişəm, amma son vaxtlara qədər bu məsələ ortaya çıxmayıb”.
Gündüz Tahirli bildirib ki, məsələni araşdırmaq üçün Bakıdakı dostlarından xahiş edib:
“Bakıdakı dostlarımdan məsələni bir az da araşdırmağı xahiş etmişəm və yəqin ki, maşının sahibini tapıb danışacaqlar. Amma məsələnin mahiyyəti üzrə mənimlə heç bir əlaqəsi yoxdur”.
Tarix: 9-09-2023, 22:39
Xəbəri paylaş





Xəbər lenti