Buş Priqojindən danışdı - “Mənə yemək verən oğlan idi”
ABŞ-nin keçmiş Prezidenti Corc Buş 2008-ci ildə G8 sammiti üçün Rusiyaya səfəri zamanı “Vaqner”in rəhbəri olan Yevgeni Priqojinlə çəkilmiş fotosunu yada salıb.“Qafqazinfo” “Washington Post”a istinadən xəbər verir ki, Buş həmin günü xatırlayaraq Priqojinin Rusiya Prezidenti Vladimir Putinin aşpazı olduğunu vurğulayıb.
"Məni şoka salan odur ki, ötən gün Sankt-Peterburqda keçirilən G8 sammitində bir şəkil gördüm, o, mənə yemək verən oğlan (Priqojin) idi. O, Putinin aşpazı idi”, - deyə Buş bildirib.
Tarix: 13-09-2023, 09:40