YDM-lərdə göz görə görə cibimizə girirlər - `Azpetrol`da gecə yarısı MÖCÜZƏ...

YDM-lərdə göz görə görə cibimizə girirlər - `Azpetrol`da gecə yarısı MÖCÜZƏ...
"Şikayətim Bayılın girişində olan "Azpetrol"dandır (Ramal Ytd). Hadisə gecə 01:05 də cərəyan edir..."
DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra yazır: "Yaxınlaşıb operatordan 5 manat benzin vurmağını xahiş etdim. Vurdu, maşının hesabladığı kilometraj yerindədir. Qardaşa dedim siz dəqiq vurmusuz? Maşınin verdiyi kilometrajı yerindədir, benzin Datçikinde də dəyişiklik yoxdur, dedi hə 100 faiz, Xahiş elədim ki onda bir 5 manat daha vur. Bu dəfə operator dedi yandır maşını kilometraja baxaq, açdım kilomrtraja da baxdıq, benzin Datçikinin göstəricisinədə. NƏHAYƏT benzini vurdu, baxıram yenə köhnə hamam köhnə tas . Bir dəyişiklik yoxdur.

Qardaş dedi maşında problem var. Dedim ola bilər, maşındır da xarab OLAR, bu boyda azpetrol yalan deyəsi deyil ki...
Getdim Socardan 10 manat vurdum.Socara çatanadek gözüm Datçik də idi bəlkə sürdukce duzeler, yox, eyni şeydi.Socar da benzin vurduqdan sonra əmin oldum ki, Datçik elə tam düz işləyir. Verdiyi kilometrajı da tam düz hesablayır.
Qayıtdım özlərinə dedim bir iki hesab kitab elədilər, dedilər yoxe benzin çıxıb.
ordan benzin alarkən ehtiyatlı və diqqətli olun. Məsələni araşdırırlar hazırda. Görək nə cavab çıxaracaqlar. İndi bilirem haqsız çıxaracaqlar, deyəcəklər bes benzin vurulub fn, çek verilibse benzin demək vurulub, fakt odur ki vurulmayib, gecə gecə məni get gələ salıblar".

İddia olunanlarla bağlı Siam.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Tarix: 21-09-2023, 09:23
Xəbəri paylaş





Xəbər lenti