Qadın donuz əti yediyinə görə həbsə atılıb

Qadın donuz əti yediyinə görə həbsə atılıb
"Mən bilirəm ki, düzgün hərəkət etməmişəm, dəfələrlə üzrxahlıq etmişəm, amma iki il müddətinə məhkum olunacağımı gözləmirdim..."
 


"2000-ci illərdən İndoneziyada küfrlə bağlı getdikcə daha çox iş açılır, bəziləri üzrə gerçək həbs cəzası verilir..."
 
33 yaşlı İndoneziya sakini Lina Lyutfiavati mart ayında "Tik-Tok"da dərc etdiyi videoçarxda Balidə donuz ətindən hazırlanmış yemək yeyir, bu zaman ənənəvi "Bismillah" İslam xeyir-duasını səsləndirir.
 
Moderator.az xəbər verir ki, bu barə "headtopics.com" nəşri yazıb. 
 
İndoneziya məhkəməsi bu davranışı küfr hesab edərək qadını iki il müddətində azadlıqdan məhrum edib və 16 min dollar məbləğində cərimə edib.
 
Lyutfiavati "Tik-Tok"da Lina Mukherhee ayaması ilə çıxış edir. Bloqçu qadının iki milyon istifadəçisi var.
 
Bu video sakinlərinin əksəriyyətinin İslam dininə etiqad edən İndoneziyada qalmaqala səbəb olub.
 
Müsəlmam din xadimlərindən biri polisə Lyutfiavatini küfrdə ittiham edərək barəsində şikayət edib.
 
Videodan görünür ki, donuz əti Linanın açıq-aşkar xoşuna gəlməyib, lakin bu, müsəlman fəalları fanatları üçün daha əhəmiyyət kəsb etməyib.
 
Sentyabr ayında Sumatra adasında yerləşən Palembanq şəhər məhkəməsi Lyurfiavatinin işinə baxıb, ona həbs cəzası və cərimə kəsib. 
 
"Bu, sadəcə, vətəndaşlar üçün ölkəni qorumaq, səs-küy salmamaq və onun hər bir dini icmasına hörmət etmək dərsidir", - bu barədə ittiham edən tərəfin vəkili məhkəmənin qərarını şərh edərkən bəyan edib.
 
Bloger qadın deyib ki, artıq dəfələrlə bu videoya görə üzrxahlıq edib: "Mən bilirəm ki, düzgün hərəkət etməmişəm, lakin iki il müddətinə məhkum olunacağımı gözləmirdim".
 
İndoneziya dünyada ən çox müsəlman əhalisi olan ölkədir. Burada 275 milyon insan yaşayır, onların 90 faizi İslam dininə etiqad edir.
 
Amerikanın "The New York Times" qəzeti yazır ki, 2000-ci illərin əvvələrindən İndoneziyada küfrlə bağlı getdikcə daha çox iş açılır, bəziləri üzrə gerçək həbs cəzası verilir.
Tarix: 24-09-2023, 11:24
Xəbəri paylaş





Xəbər lenti