Messi ilə ailəvi dostluq edən azərbaycanlı Adnan Əhmədzadə - FOTO


Dünya futbolunun superulduzu, argentinalı Lionel Messi azərbaycanlı iş adamı Adnan Əhmədzadə ilə fotosunu yayıb.
O, bu barədə özünün instaqram hesabında paylaşım edib.
Futbolçu iş adamını evində qonaq edib. Fotodan da görüntüyü kimi, görüşdə Messi və Əhmədzadənin xanımları da iştirak ediblər.
Xatırladaq ki, həmyerlimiz Messinin doğum günündə də iştirak etmişdi. A.Əhmədzadə futbolçuya Azərbaycan xalçası hədiyyə etmişdi.

Adnan Əhmədzadə 24 yanvar 1978-ci ildə anadan olub. O, 1998-2005-ci illərdə SOCAR-ın Xarici İqtisadi Əlaqələr İdarəsində (2003-cü ildən Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi) İxrac əməliyyatları idarəsində ekspert vəzifəsində çalışıb. 2005-2006-cı illərdə “Azərtrans” MMC-nin baş direktoru, 2006-2019-cu illərdə isə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində müxtəlif vəzifələrdə çalışıb.
A.Əhmədzadə 2018-ci ildə SOCAR Trading-in icraçı direktoru, 2019-cu ildə isə investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini vəzifəsinə təyin edilib.
2023-cü ildən ABDA Invest Holding-in təsisçisi və sədridir. 2023-cü ildən isə Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidentidir. 
Ailəlidir, dörd övladı var.



Tarix: 3-10-2023, 07:36
Xəbəri paylaş





Xəbər lenti