Dünyada üç kafe “gizli agentlərlə dolmağa başladı”: Casusların görüş məkanları hansılardır? - FOTO

Dünyada üç kafe “gizli agentlərlə dolmağa başladı”:

Gizli agent və casusların dünyada görüş məkanları olan kafelər müəyyən edilib.

Məlum olub ki, Dubay, London və Vyana şəhərlərində yerləşən üç kafe kəşfiyyat orqanlarının və casusların əsas görüş nöqtəsinə çevrilib. Səbəb isə rəqəmsal mühitin etibarsızlığıdır.

Belə ki, son illərdə “Wikileaks”, CIA (ABŞ), MI6 (İngiltərə) və SVR (Rusiya) saytlarından sızan məxfi məlumatlar beynəlxalq kəşfiyyat təşkilatlarını “köhnə üsullara qayıtmağa” məcbur edib. Qlobal kəşfiyyat dünyasından xəbərlər təqdim edən “Intelligence Online” saytı dünyada üç kafenin artıq “agentlərlə dolmağa başladığını” bildirib.

1. “Tasha Café” - “Dünyanın sərvət şəhəri” sayılan Dubaydakı “Tasha Café”yə gələn müştərilər 3 qrupa bölünüb. Günün gərgin iş saatlarında buraya dünyanın hər yerindən iş adamları gəlir. Günortadan sonra əsasən ərəb əmirləri, şahzadələr, kral ailəsi üzvləri və onların qohumları kafeni ziyarət edirlər. “Tasha Café”nin ən diqqətçəkən qonaqları isə səhər saatlarında olur. Səhərlər Yaxın Şərqdəki ABŞ, İngiltərə, İsrail, İran, Rusiya və ya Çin agentləri masaları doldurmağa başlayırlar. Bu görüşlər zamanı kəşfiyyat məlumatlarının paylaşıldığı da bildirilir.

2. “1 Lombard Street Restaurant-Bar” - 2 əsrdir dünyanın “Casus paytaxtı” hesab edilən Böyük Britaniyanın London şəhərinin tam mərkəzində yerləşən bu restoranın qonaqları əsasən müxtəlif ölkələrin özəl detektivləri və kəşfiyyatçılarıdır. “1 Lombard Street Bar”a üstünlük verilməsinin əsas səbəbi isə kənardan az nəzərə çarpmasıdır. Bu restoran, demək olar ki, tamamilə şəxsi yemək otaqlarına malik olduğu üçün Londondakı beynəlxalq agentlərin öz əlaqə qaynaqları və məlumat mənbələri ilə görüşmək üçün üstünlük verdikləri məkandır.
3. “Café Schwarzenberg” - Avstriyanın paytaxtı Vyana Rusiya-Ukrayna müharibəsi başlayandan bəri “Avropanın casus paytaxtı” olaraq təqdim edilir. Rus, Amerika və Çin casuslarının ən çox məskunlaşdığı Vyanadakı ortaq nöqtələri şəhərin ən məşhur kafelərindən biri olan “Café Schwarzenberg”dir. 1861-ci ildən fəaliyyət göstərən kafe keçmişdən bu günə qədər qitədə “agentlərin görüşdüyü yer” kimi yaddaşlara həkk olunub. Əvvəlcə nasist zabitləri, daha sonra sovet zabitləri tərəfindən kəşfiyyat məlumatlarının paylaşıldığı məkan kimi tarixə düşən kafe hazırda gizli kəşfiyyat yığıncaqlarının keçirildiyi yer kimi məşhurlaşıb.








Mənbə: Haber Global
Tarix: 3-10-2023, 22:59
Xəbəri paylaş





Xəbər lenti